Bu gün Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, “Gəncə” və “Sabah” Bakıdakı “Sərhədçi” İdman Mərkəzində qarşılaşacaq.
19:30. "Gəncə" - "Sabah"
Qeyd edək ki, ilk görüşdə "Sabah" qalib gəlib. Final seriyasının növbəti oyunu mayın 24-də baş tutacaq. Çempion üç qələbəyə əsasən müəyyənləşəcək. Üç görüşdən sonra qalib müəyyənləşməsə, dördüncü (27 may) və beşinci görüş (30 may) keçiriləcək.