Belçikanın qadın basketbol komandası İspaniya yığmasını məğlub edərək ilk dəfə Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, Lyublyanada keçirilən görüş 64:58 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb.
Beləliklə, Belçika millisi tarixdə ilk dəfə Avropa çempionu olub. İspaniya yığması isə bundan əvvəl dörd dəfə turnirin qalibi adını qazanıb.