"Los Anceles Leykers"in üzvü Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində meydanda keçirdiyi dəqiqələrin sayına görə rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı oyunçu Kərim Abdul-Cabbarı keçib.
Əvvəlki rekord 57 446 dəqiqə idi.
Ceyms bu uğura "Sakramento"ya qarşı oyun (113:100) zamanı nail olub. NBA-da 22-ci mövsümünü keçirən Lebron Ceyms 1517 oyuna çıxıb və ümumilikdə 57447 dəqiqə meydanda olub.
Qeyd edək ki, Şöhrət Zalının üzvü və altıqat NBA çempionu olan Kərim Abdul-Cabbar 20 mövsüm ərzində 1560 oyunda meydanda 57446 dəqiqə keçirib.