Basketbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda üçüncü oyununu keçirib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz qrup mərhələsinin üçüncü turunda Litva yığması ilə üz-üzə gəlib.
Komandamız rəqibinə 31:82 hesabı ilə məğlub olub.
U-18 daha öncə Ukrayna yığmasına da 65:78 hesabı ilə yenilmişdi. İlk turda isə basketbolçularımız Bosniya və Herseqovina üzərində 83:81 hesablı qələbəyə sevinmişdilər.
Millimiz qrupdakı növbəti oyununun 8 iyul saat 14:00-da İslandiya seçməsinə qarşı keçirəcək.