Sabiq basketbolçu Treysi Makqreydi "Los-Anceles Leykers"in əfsanəsi Kobi Brayantın özünü Maykl Cordandan üstün saydığını deyib.
Fanat.Az "Fadeaway World"a istinadən xəbər verir ki, veteran ulduz belə danışıb: "Erkən gənclik illərində Kobi ilə çox vaxt keçirmişəm. Siz onun özünü necə apardığını görsəydiz, uzun müddət dahilərlə çiyin-çiyinə oynamış olduğunu düşünərdiz. Adam özünü Maykl Cordandan üstün sayırdı".
Qeyd edək ki, Brayant bu ilin yanvarında helikopter qəzasında qızı ilə birlikdə dünyasını dəyişib.
Fanat.Az