"Nyu-York Niks"in əfsanəsi və Corctaun Universitetinin basketbol komandasının hazırkı baş məşqçisi Patrik Yuinqdə koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, Yuinq "Twitter" səhifəsində bu barədə paylaşım edib:
"Bu virus ciddi problemdi. Ona adi yanaşmaq olmaz. Hamını təhlükəsizlik tədbirlərinə əməl etməyə və özlərini, o cümlədən yaxınlarını qorumağa çağırıram.
Tibb işçilərinə və koronavirusla mübarizədə "ön cəbhə"də olan hər kəsə təşəkkür etmək istəyirəm. Mənə gəlincə, hər şey yaxşı olacaq. Hamımız bu problemin öhdəsindən gələcəyik".
Yuinq 1985-ci ildə "Niks" tərəfindən NBA draftında birinci sıradan seçilib. O, 15 il Nyu-York təmsilçisinin formasını geyinib. Yuinq basketbolun Şöhrətlər zalının üzvüdü.
Fanat.Az