Jelko Obradoviç "Fənərbağça"nın baş məşqçi postunu tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Fənərbağça" məlumat yayıb. Obradoviçin bir il karyerasına fasilə verəcəyi bildirilir.
Serb mütəxəssis iki həftə idi ki, gələcəyi ilə bağlı rəhbərliklə danışıqlar aparırdı. Daha öncə "Fənərbağça"nın xərclərini kəskin şəkildə azaldacağı məlum olmuşdu.
Obradoviç açıqlamasında qeyd edib: "7 il ərzində birlikdə işlədiyim bütün oyunçulara minnətdaram. Yalnız onların sayəsində bütün bu uğurları qazana bilərdik. "Fənərbağça" kimi bir klubun parçası olmaq mənim üçün xoş idi. Bu, klub üçün son deyil, başlanğıcdı. Əminəm ki, azarkeşlər yenə də dəstəklərini əsirgəməcəyəklər".
"Fənərbağça" Obranın rəhbərliyi altında Avropanın ən güclü klublarından birinə çevrilmişdi. İstanbul təmsilçisi 2015-ci ildən bəri "Dördlər finalı"nın daimi iştirakçısı idi. Komanda 2017-ci ildə Avroliqanın qalibi olmuşdu.
Serb çalışdırıcı Avropanın ən titullu məşqçisidi. O, 9 dəfə Avroliqada çempionluq yaşayıb.
Fanat.Az