15:58 16.06.2022 543

"Boş təriflə basketbola maraq yaratmaq olmaz" - MÜSAHİBƏ

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandası bu ayın əvvəlində Kiprin Limassol şəhərində baş tutan Avropa Kubokunun seçmə mərhələsində qazandığı uğurla diqqətləri üzərinə çəkdi.

B qrupunda qərarlaşan Amil Həmzəyev, Endər Poladxanlı, Orxan Aydın və Cordan Deyvisdən ibarət kollektiv qrup mərhələsində Kipr, Lüksemburq və Andorra komandalarını yenərək yarımfinala yüksəldi. Burada Lüksemburq seçməsini növbəti dəfə məğlubiyyətə uğradan millimiz həlledici görüşdə İrlandiyaya da şans verməyib adını 9-11 sentyabrda 12 komandanın iştirakı ilə Avstriyanın Qras şəhərində təşkil olunacaq final raunduna yazdırdı. 

Fanat.Az-ın əməkdaşı səkkiz illik aradan sonra əldə olunan sözügedən nailiyyət, əsas yığmaya yeni baş məşqçi təyinatı və digər məsələlər barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyevlə söhbətləşib.

 - Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra əksər federasiyalar kimi Azərbaycan Basketbol Federasiyasında da prezident dəyişikliyi baş tutdu. Ötən 6 ay ərzində yeni rəhbərliyin gördüyü işlər barədə ümumi məlumat verərsiniz.

- Bildiyiniz kimi, Basketbol Federasiyasında 22 ildən sonra rəhbər dəyişdi. Yeni prezident, təhsil naziri Emin Əmrullayev hesabat-seçki konfransından sonra jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, orta məktəblər və ali təhsil müəssisələrində basketbolun həyatın bir hissəsinə çevrilməsi bizim əsas hədəflərimizdən biridir. Ötən dövrdə bununla bağlı bir sıra işlər görülüb. Altı zonada seleksiya xarakterli görüşlər, seminarlar təşkil olunub. Qərara alınıb ki, bölgələrdən perspektivli uşaqlar üzə çıxarılıb, bir araya gətirilsin. Hazırda ölkədə gündəlik qidalanma və qalmaq üçün mükəmmməl şəraiti olan bir neçə məktəb var. İlkin mərhələdə 5 məktəbdə 20-30 nəfərdən ibarət "Basketbol sinifi" adlı siniflər yaradılacaq. Uşaqlar əla məktəblərdə təhsil alacaq, rahat yataqxanada yaşayacaq, gündə üç dəfə isti yeməklə qidalanacaq. Onlara təlimləri xaricdən dəvət olunan peşəkar uşaq məşqçiləri keçəcək. Hər il bu siniflərin sayı artırılacaq. Uşaqlara peşəkarlarla birgə məşq etmək və karyera imkanları yaradılacaq.

Ümumi götürəndə, mən bir keçmiş basketbolçu, hazırda isə həm də basketbol şərhçisi kimi fəaliyyət  göstərən bir şəxs kimi düşünürəm ki, basketbol federasiyasına təhsil nazirinin rəhbərlik etməsi bu idman növünün inkişafı üçün olduqca uğurlu haldır. 

Həmçinin ötən arada əsas və aşağı yaş qrupları üzrə yığmalar ölkə xaricində bir neçə təlim-məşq toplanışına qatılıblar. Milli komandalarımız Türkiyənin Ankara, İstanbul, İzmir şəhərlərində, habelə, Gürcüstan və Serbiyada təlim-məşq toplanışı keçiblər. Bu, uzun müddət idi təşkil olunmurdu. 

- Qeyd etdiniz ki, özünüz də basketbolla məşğul olmusunuz, hazırda da bir neçə istiqamətdən bu idman növünə bağlısınız. Məlum olduğu kimi, Azərbaycanda basketbol bir o qədər kütləvi idman növü hesab olunmur. Uşaq və yeniyetmələrdə maraq yaradılması üçün hansı addımların atılması xüsusilə effektiv olar?
- Ən önəmli olan televiziya vasitəsilə aparılan təbliğatdır. Təbliğat dedikdə, mühüm yarışların yayımını nəzərdə tuturam. Lakin təəssüf ki, bizim idman kanalları yalnız futbolun yayımı üzərində qurulub. Başa düşürük, gec saatlara təsadüf etdiyindən, NBA oyunlarının yayımlanması effektiv olmur. Amma məsələn, Avroliqa oyunları yayımlansa, yaxşı olar. Uşaqlar və onların valideynləri gərək məşhur basketbolçuları izləsinlər ki, həvəsə düşsünlər. Yoxsa boş-boş təriflə maraq yaratmaq olmaz. Belədə valideynlər basketbolu ancaq uşaqların boyunun uzanması üçün uyğun biləcəklər. Halbuki bunun özü də yanlış düşüncədir.

- Növbəti mövsüm ölkədaxili çempionatların təşkili ilə bağlı hansı qərarlar qəbul olunub?
- Bildiyiniz kimi, əsas çempionat pandemiya səbəbindən artıq iki mövsümdür ki, keçirilmirdi. Bu da ölkə basketbolunda birmənalı durğunluğa səbəb olmuşdu. Qərara gəlinib ki, növbəti ildə əsas çempionatla yanaşı, dörd ayrı liqa da təşkil olunsun. Bunlar U-12, U-14, U-16 və Tələbə liqasıdır. Liqalar ayrı-ayrı məkanlarda keçiriləcək. Hələlik yer müəyyənləşməyib. Tarixlərə gəldikdə, əsas çempionatın startı oktyabr ayına planlaşdırılır. Digər liqaların tarixi də ona uyğun şəkildə müəyyənləşəcək.

- Bu yaxınlarda 3x3 basketbol millimiz səkkiz illik aradan sonra Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı. Uğur gözləniləniydimi?
- Rəqiblərin "dişimiz"ə görə olduğunu nəzərə alsaq, gözləmək olardı. Amma təbii ki, bu uğurda qeyd etdiyim təlim-məşq toplanışlarının da rolu çox oldu. Yığma yarışa Serbiyada hazırlaşmışdı. Serbiya da ümumiyyətlə, güclü basketbol ölkəsi sayılır. Oradakı hazırlığın komandaya çox faydası toxundu.

- Millimiz ilk və bunadək son dəfə qatıldığı həlledici mərhələdə qrup səddini aşa bilməmişdi. Sentyabrda Avstriyanın Qras şəhərində təşkil olunacaq finalda komandanın qarşısına qoyulan minimum hədəf yəqin ki, qrupdan çıxmaqdır...
- Bəli. Hələlik yarışın tam formatı təsdiqlənməyib. Qrupdakı rəqiblər bəlli deyil, bilinmir, komandalar üç, ya dörd qrupa bölünəcək. Lakin biz istənilən halda yaxşısına ümid edirik. 

- Ötən ay əsas yığmanın baş məşqçi postuna yeni mütəxəssis təyin olundu. Serbiyalı Aleksandar Trifunoviç barədə ətraflı məlumat verərsiniz. Onun qarşısına hansı şərtlər qoyulub? 
- Trifunoviç idmançı karyerası ərzində Serbiyanın "Srvena Zvezda" (1986-88, 1991-97) və "Atlas" (2000-2001), Xorvatiyanın "Zadar" (1988-91), İsveçrənin "Fribur Olimpik" (1997-98), Polşanın "Şlensk Vroçlav" (1998-2000) klublarında çıxış edib. 1993 və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.   

Məşqçilik karyerasına 2002-ci ildə Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb və bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006-07 və 2007-08 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. 2008-09 mövsümündə Yunanıstanın “Panionios”, 2009-10-da Serbiyanın “Srvena Zvezda”, 2010-11-də Litvanın “Letuvos Ritas”, 2011-12-də “Jalqiris”, 2013-15-ci illərdə Qazaxıstanın “Astana”, 2016-17-də Türkiyənin “Yeşilgiresun Belediye”, 2017-18-də “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məqçi kimi fəaliyyət göstərib. Son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub. Baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu, 2012-ci ildə eyni ölkənin "Jalqiris" klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun qalibi olub. 2012-ci ildə "Jalqiris"lə  həm də Baltik liqasının qalibi olub.

Baş məşqçi ilkin mərhələdə komandaya müəyyən şərtlər altında qəbul olunub. Qarşıya qoyulan ən mühüm şərt 28 iyun - 3 iyul aralığında Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C divizionunda millimizin göstərəcəyi nəticədir. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X