14:52 01.08.2020 1104

Bədbinliyin boz çaları

Yaralı Azərbaycan futbolunun 2020-ci ildən necə çıxacağını zaman göstərəcək. Üfüqlər bombozdu... Ətəyindən tutub ovunmaq üçün böyük ümid axtarmağa da dəyməz...
 
Bu gün üçün bilinən budu ki, AFFA mövsümlərarası fasilədə "Qəbələ" və "Zirə"yə də "qan vermək" məcburiyyətində qalıb və son vəziyyət nikbin düşüncələrə heç bir əsas vermir. Korona olayının kölgəsində qalan ölkə təmsilçilərinin avrokuboklarda üzləri güldürəcəyinə inanmaq çətindi. Maddi sıxıntı üzündən hədəfləri kiçilən "Keşlə" və "Sumqayıt" bir yana, "oturuşmamış" heyətə malik "Neftçi"ni belə, ağır sınaqlar gözləyir. Əlbəttə, başdakıların bacarıqsızlığı üzündən yeni əsrin 20-ci ilində də Bakı təmsilçisinin qrupda oynamağı minimum hədəfə çevirə bilməməsi bir ayrı rəzalətdi. Ancaq Roberto Bordində "yandıran" rəhbərliyə nəhayət, haqq yoluna gəldiyinə, italiyalıdan zəif olmadığını isbatlayan yerli çalışdırıcıya - Füzuli Məmmədova şans verdiyinə görə təbrik düşür.  

Razılaşaq ki, hazırda Azərbaycan təmsilçiləri arasında yalnız "Sabah"ın canfəşanlıq etməsi, obrazlı yanaşsaq, "caynaqlarını itiləməsi" solğun fonda müsbət mənzərədi. Qalanları zəifləməməyin, olanı qorumağın hayındadı. Yayın son ayında avrokuboklara vəsiqə qazana bilməyənlər haqda yorucu cümlələr yazıb vaxtınızı almaq niyyətindən uzağam... Maykl Essyendən istədiyini almadan yola salan "Səbail"dən, o boyda infrastrukturla assosiasiyanın ianəsinə möhtac qalan "Qəbələ"dən söhbət açmaq doğrudan ağır və ağrılıdı...

Bu yay "Qarabağ" da ikiqat əziyyət çəkəcək. Bəlkə də çox bədbin səslənir. Amma əmin olun ki, bu dəfə ağdamlılar xüsusi qəhrəmanlıq hesabına Avropa Liqasının qrupunda düşə bilər. Adiləşmiş hədəfin soyuq və uzaq görünməsinin çoxsaylı səbəbləri haqda danışmaq ayrıca yazı mövzusudu. Məlum pandemiyadan qaynaqlanan, hamıya bəlli məqamlıarla yanaşı, komandadakı ciddi dəyişikliklər də ehtimallar ətrafında axtarışa çıxmağı vacib edir. Qurban Qurbanov və köməkçiləri öncə zamana qarşı mübarizədən qalib çıxmalı, Rəşad Sadıqovsuz, Almeydasız, Miçelsiz, Kintanasız böyük addımlar atmağın yolunu tapmalıdı. Hə, əvəzolunmaz oyunçu yoxdu. Ancaq kapitanın karyerasını bitirməsi, uzun müddət "köhlən atlar"ın formasını geyinən, "açar oyunçular" sayılan legionerlərin heyətdə olmaması sıradan fakt deyil.

Əslində "Qarabağ"ın bütün Avropa uğurlarının arxasına özünəməxsus imza atmış Sadıqovun yalnız oyunçu yox, həm də baş məşqçinin sağ əli qismində itirilməsi zaman-zaman seziləcək. Hərçənd adamın Qurbanovdan ayrılmasını, öz dəsti-xəttini futbol ictimaiyyətinə göstərmək, fərdi planlarını həyata keçirmək istəyini alqışlamalıyıq. İndi qarşısına uğurlu məşqçi olmaq hədəfi qoymuş sabiq müdafiəçinin də saysız-hesabsız qayğıları var. Bir tərəfdən para sarıdan "axsayan", AFFA-ya möhtac qalan qəsəbə təmsilçisinin "sükanı arxası"na uyğun vaxtda keçmədiyini vurğulamağa məhkumuqsa, digər yandan düzgün qərar verdiyini də qabartmalıyıq. Şübhəsiz, bu büdcə, bu heyətlə ən yaxşı halda, Avroliqaya vəsiqə verən yerlərdən birini tutmaq hədəfi ilə mücadilə etmək olar. Daha artığından dəm vurmaq romantika ilə reallığın sərhədlərini itirmək anlamına gələr. Belə deyək, pandemiya kitabı bağlansa, 2020/21 mövsümü normal qaydada start götürsə, Sadıqov azı 4-5 ay özül atmağa çalışacaq. Komanda qurmaq çoxmərhələli prosesdi. Hələ bu işi sona çatdıracağı müddəti nəzərdə tutmuram. Hələ söhbət ilkin mərhələdən - nərdivanın birinci pilləsindən gedir. Onadan asılı olmayan səbəblər üzündən vəziyyət qəlizləşməsə, maraqlı mühit yarada, döyüşkən kollektiv formalaşdıra bilər. Millinin sabiq kapitanının uzunmüddətli hədəflər müəyyənləşdirdiyi transferlərdən də aydın sezilir. Yuxarıda qeyd etdiyim kimi, ortaya qəmbərqulu çıxmasa, "Zirə" 2021/22 "futbol ili"ndən Sadıqovun komandasına çevriləcək. Təki bütün futbolsevərlərin qorxulu yuxusu - ölkə futbolunda çox klubları tarixin yaddaşına göndərmiş tanış və qorxunc dalğa kükrəməsin. 

Nihat Ağasoy
Fanat.Az



 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 İyun 2021
17:57

AVRO-2020: İsveç Slovakiyaya qarşı - YENİLƏNİR

17:43

"Grand Chess Tour": Rəcəbov Aronyanla heç-heçə etdi

17:29

Millimiz Ukraynaya uduzdu

16:39

Premyer Liqa klubu fikrini dəyişdi

16:15

"Qrupumuz ən güclü komandaların olduğu qrupdur" - Millimizin meneceri

16:02

Məqsəd İsayev yeni klubda - RƏSMİ

15:49

"Sumqayıt"ın Konfrans Liqasındakı ilk oyununun vaxtı dəyişdirildi

15:37

İdman zallarından istifadə qaydaları açıqlandı

15:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:30

"Sumqayıt" yeni qapıçı transfer etdi - RƏSMi

15:09

Kristian Eriksen əməliyyat olundu

14:29

"Zibilə qalsın, mənim cəmi 29 yaşım var..."

14:11

11 stadionun gözəlləri: Siyahıda “CBC Sport”un aparıcısı da var - FOTOLAR

13:55

Azər Həsənov beynəlxalq federasiyanın prezidenti seçildi

12:56

"Yuventus"un fəxri prezidenti vəfat etdi

12:26

AVRO-2020-nin finalı Londondan alınacaq? - UEFA-dan iddialara cavab

12:01

Tanınmış yazarlar Şenol Güneşi tənqid etdi :"Acizdik, əzildik, büzüldük, məğlub olduq"

11:47

"Yığma üzvləri öz klublarına buraxılıb" - Federasiya rəsmisi

11:17

Eyvandan pul səpən məşhur cüdoçumuzla bağlı rəsmi açıqlama - VİDEO

10:55

Türkiyə nəhəngi Diyeqo Kosta ilə anlaşdı

10:27

Serxio Ramos PSJ-də?

10:12

Məşhur müğənnimizin idmançı oğlu ağır qəzaya düşdü - FOTO/VİDEO

09:51

"Qol vurmaq mənim işimdir" - Mahir Emreli

09:41

Avropa çempionatı: Boksçumuz ermənini məğlub etdi

09:30

Amerika Kuboku: Braziliya darmadağınla qazandı - VİDEO

09:21

"TRT Spor"dan Azərbaycan türkcəsində futbol terminləri ilə bağlı maraqlı paylaşım - VİDEO

09:00

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Səbuhi Səfiyarlı şərh edir

08:30

AVRO-2020: Günün oyunlarına hansı kanaldan baxaq?

02:00

AVRO-2020: Bütün nəticələr - YENİLƏNİR

01:21

Daha bir futbolçu ikinci dəfə ən yaxşı oldu

00:54

AVRO-2020: Ukrayna uddu, Belçika və Niderland 1/8 finalda

00:22

"Legiya"nın baş məşqçisi: "Mahirin yanında ikinci hücumçu olsa..."

17 İyun 2021
23:16

Belçika millisinin üzvü yenə oyunun ən yaxşısı oldu

23:01

AÇ: Yunan-Roma güləşçilərimizin rəqibləri bilindi

22:21

Mahir Emreli "Legiya"da het-triklə başladı

22:01

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırıldı - SƏBƏB

21:11

Belçika fanatları Eriksenə belə dəstək oldu

20:18

Ukrayna - Şimali Makedoniya matçının ən yaxşısı açıqlandı

20:14

AÇ: Həşimova "bürünc" uğrunda mübarizə aparacaq

19:20

Kramarenkonun klubu erməni məşqçi ilə anlaşdı

18:05

Ramos göz yaşlarını saxlaya bilmədi

18:02

Eriksen ömrünün sonuna kimi cihazla yaşayacaq - SON DURUM

17:47

"Qarabağ"ın Avstriyadakı oyunlarının vaxtı açıqlandı

17:46

Azərbaycandan Şəhriyar Məmmədyarova niyə rəsmi təbrik yoxdur? (ŞƏRH)

17:27

Buffon "Yuventus"dan getdi - RƏSMİ

17:11

“Səbail” Adil Nağıyevlə bağlı nə qərar verdi?

16:49

Boksçumuz Avropa çempionatında erməniyə rəqib oldu

15:51

Şərif Şərifov turnirdə iştirak edəcək, Mariya Stadnik isə... - EKSKLÜZİV

15:27

Federasiya rəsmisi nazirə müraciət etdi

15:18

Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu

15:07

“Qarabağ”ın sabiq futbolçusu rəsmən Türkiyə klubunda

14:34

"Keşlə" braziliyalı vingerlə anlaşdı, Utriqdən cavab gözləyir

14:15

Şahmat Federasiyasına FILsəfə dərsi

13:10

Mahir Emrelidən Türkiyə millisinin məğlubiyyətinə reaksiya - VİDEO

12:56

"Zirə"nin yay hazırlıq planı məlum oldu

12:51

Nazirlikdən Şəhriyarın qınağına münasibət

12:46

"Qarabağ" Avstriyaya yollanır, MOİK və "Arsenal"la qarşılaşacaq

12:23

Yarım əsrdir bütün DÇ və AÇ-lərdə oynayan milli

12:16

Türkiyə qrupdan necə çıxa bilər? - 2016 təcrübəsi

11:50

"Xanımlar formada": Onlar kimə azarkeşlik edir? - SORĞU

11:41

"Sumqayıt"da yeni müqavilə

11:24

Şəhriyar Məmmədyarov Şahmat Federasiyası və AGİN-i qınadı

11:16

“Legiya”nın baş məşqçisi Mahiri təriflədi

10:54

AFFA və UEFA prezidentləri görüşdü

10:13

“Dinamo” – “Neftçi” oyununun saatı açıqlandı

09:26

AVRO-2020: Hansı oyuna harda baxaq?

08:20

Məşhur xanım idmançı donuz əti yedi, karyerası bitdi

00:51

AVRO-2020: Türkiyə yenə uduzdu, İtaliya darmadağınla 1/8 finalda

00:22

Danimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılacaq - SƏBƏB

00:01

Serxio Ramos "Real"dan getdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.