Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi bu gün start götürəcək.
Fanat.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən turnirdə 50 komandadan 153 boksçu 17 çəki dərəcəsi üzrə mübarizə aparacaq.
Görüşlərdən öncə komandaların paradı baş tutacaq.
Final mərhələsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.
Yarışın baş hakimi Anar Babanlı olacaq.
Qeyd edək ki, Bakı Boks Mərkəzində təşkil olunacaq turnirin final mərhələsi aprelin 26-da başa çatacaq.