Ağır çəkidə sabiq mütləq dünya çempionu - əfsanəvi boksçu Mayk Tayson narkotiklərlə bağlı yeni açıqlama verib.
Fanat.Az xəbər verir ki, superveteran ABŞ mətbuatına 7 fahişəni necə döydüyündən danışıb:
"Təkliyi heç vaxt sevməmişəm. Yanımda adətən ya it oldurdu, ya da fahişə... Bir dəfə oteldə uzanmışdım. Yanımda yeddi yüngül əxlaqlı qadın var idi. Morfin, kokain, marixuana, konyak, potensiya üçün həblər də öz yerində... Qəfil mənə elə gəldi ki, fahişələr məni soymaq istəyirlər. Onlara döyməyə başladım. Çoxuna ciddi xəsarətlər yetirdim, hamısınıqovdum. Sanki hər şey qaranlıqda baş verirdi. Sonra gözümü yummadan uzandım. Tər içindəydim. Yaxşı ki, sağ qaldım. O vaxtdan bəri kokaindən istifadə etmirəm”.
Fanat.Az