Ağır çəkidə WBC çempionu Tayson Fyuri və WBA, WBO, IBF, IBO versiyaları üzrə çempion Entoni Coşua arasındakı döyüşün mükafat fondu bəlli olub.
Fanat.Az "The Times"ə istinadən xəbər verir ki, 2021-ci ildə keçirilməsi planlaşdırılan ilk döyüşdə 200 milyon funt dəyərində olan mükafat fondu iki boksçu arasında bərabər bölünəcək. İkinci döyüşdə isə ilk qarşıdurmanın qalibi ümumi məbləğin 60%-ni, digər idmançı isə 40%-ni qazanacaq.
Daha öncə Coşua və Fyurinin komandaları arasında razılıq əldə olunduğuna dair xəbərlər yayılmışdı.
Fanat.Az