WBC versiyasında çempion Tayson Fyuri ağır çəkidə tarixin ən yaxşı 5 boksçusunu sıralayıb.
Fanat.Az xəbər verir ki, Məhəmməd Əli Fyurinin siyahısında birinci olub. Larri Holms ikinci, Lennoks Lyuis isə üçüncü sırada qərarlaşıb.
Co Luis sıralamada dördüncüdü. "İlk beşliy"i Rokki Marçiano qapayıb.
Fyurinin boks tarixinin ən yaxşılarından olan Mayk Taysona yer verməməsi diqqət çəkib. Qeyd edək ki, ingilis boksçu məhz Taysonun şərəfinə adlandırılıb.
Fanat.Az