Bricer Uoker adlı 6 yaşlı uşaq bacısını itin hücumundan qoruyub.
Fanat.Az xəbər verir ki, Dünya Boks Şurası (WBC) onu bu hərəkətinə görə fəxri çempion kimi tanıyıb. Təşkilatın "Twitter" hesabındakı paylaşımında qeyd olunub:
"Biz 6 yaşlı Bricer Uokeri insanlığın ən gözəl dəyərlərini təmsil edən cəsur hərəkətinə görə WBC-nin fəxri çempionu elan etməkdən qürur duyuruq. Bricer, sən qəhrəmansan".
İt oğlanı dişləyib və onun üzünə bir neçə tikiş atılıb.
İzləyicilər WBC-nin qərarını müsbət qarşılayıblar.
Fanat.Az