İngilis boksçu Koul Kerşou öldürülüb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, xəbər verir ki, idmançı İngiltərənin Beri şəhərində baş verən atışmada qətlə yetirilib. Hadisə avqustun 12-də baş verib. Axşam saatlarında silah səsləri eşidən sakinlər polisə məlumat verib. Olay yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları sinəsindən güllə yarası alan 18 yaşlı boksçunu xəstəxanaya aparıblar. Həkimlər Koul Kerşounun həyatını xilas edə bilməyib.
İlkin məlumata görə, Koul Kerşounun dostları ilə başqa qrup arasında münaqişə baş verib.
Fanat.Az