Məşhur boksçu Mayk Tayson qeyri-adi açıqlaması ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, "ShayShayClub"a verdiyi müsahibədə ağır çəkidə ən gənc dünya çempionu olana qədər çətin uşaqlıq dövrü keçirdiyindən danışan Tayson anası Lornanın ölümünün həyatında ən yaxşı şeylərdən biri olduğunu açıqlayıb:
"Bilirsiniz, mənim başıma gələn ən yaxşı şeylərdən biri anamın ölməsi oldu. O, həmişə qayğıma qalırdı. Mənə elə gəlirdi ki, körpəyəm. Əgər o ölməsəydi, heç vaxt döyüşmək və özüm üçün mübarizə aparmağı öyrənmək imkanım olmayacaqdı".
Lorna Tayson 1982-ci ildə, Maykın peşəkar boksçu olmasından üç il əvvəl xərçəngdən dünyasını dəyişib. Tayson Nyu-Yorkun ən sərt məhəllələrindən biri olan Bruklində böyüyüb. O, bir neçə dəfə həbsdə olub.
Mirağa