15:24 22.12.2022 325

Baş katib ili dəyərləndirdi: "66 qızıl, 56 gümüş, 75 bürünc"

"Federasiya olaraq ilin yekunlarını yaxşı qiymətləndiririk. Azərbaycan yığması bu günədək beynəlxalq yarışlarda 197 medal əldə edib. Bunlardan 66-sı qızıl, 56-sı gümüş, 75-i bürünc əyyarlıdır. İlin son yarışı olan "World Masters"də idmançılarımızın çıxışı davam edir. Odur ki, say daha da arta bilər. İl ərzində əldə olunan mükafatlar arasında Hidayət Heydərovun Avropa çempionatında qızıl, dünya çempionatında bürünc medalı, həmçinin Zelim Kotsoyevin mundialda bürünc medalı xüsusi yer tutur".

Bunu Fanat.Az-a açıqlamasında ilin yekunları barədə danışarkən Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

Qurum rəsmisi müxtəlif yaş qrupları üzrə yığmaların qatıldığı komanda yarışlarında mükafat qazanmasını xüsusi vurğulayıb:

"Bizi ən çox sevindirən məqamlardan biri Azərbaycan cüdosu tarixində ilk dəfə komanda yarışında qızıl medalın əldə olunmasıdır. Biz buna Avropa Gənclər Yay Olimpiya Festivalında nail olduq. Ümumiyyətlə, bu il 23 yaşadək cüdoçuların Avropa çempionatı istisna olmaqla, iştirak etdiyimiz bütün yarışların komanda turnirində mükafatçılar sırasında yer aldıq. Yeniyetmələrin Avropa birinciliyində 3-ü qızıl olmaqla, ümumilikdə qazanılan 8 medal Azərbaycan cüdosu adına yüksək nəticələrdən biri oldu. Bununla yanaşı, gənclərin Avropa çempionatında da 3 qızıl, 1 gümüş və 1 bürünc mükafat da xüsusi qeyd olunmalıdır. Bakı "Böyük Dəbilqə" turnirində 4 qızıl, 2 bürünc medal sadəcə paytaxtımızda təşkil olunan analoji yarışda deyil, ümumilikdə "Böyük Dəbilqə" turnirlərində əldə olunan ən yaxşı nəticə idi".

Rəsullu il ərzində keçirilən yerli yarışların sayına diqqət çəkib:

"İl ərzində əldə etdiyimiz əsas nəticələrdən biri daxili yarışların sayını kifayət qədər artırmağımız oldu. 30-dan yuxarı daxili yarış təşkil olunub ki, həmin turnirlərdə 8 minə yaxın cüdoçu qüvvəsini sınayıb. Bu kifayət qədər böyük göstəricidir. Önümüzdəki ildə daxili yarışların sayını daha da artırmaq istəyirik. Hazırda təqvim planımıza 44 yarış daxil edilib. Xüsusilə komanda yarışlarının sayını çoxaltmaq istəyirik. Bundan başqa, növbəti illə bağlı planımızda Azərbaycan cüdo liqası adı altında yarışların təşkil edilməsi var. Həmin yarışlarda reytinq balları veriləcək və sonda ilk sırada olan idmançılar birbaşa Bakı "Böyük Dəbilqə" yarışında iştirak hüququ qazanacaq. Bu sistemi sonrakı illərdə daha da təkmilləşdirib Fransa və Almaniyada olduğu kimi bütün ilboyu davam edən cüdo liqası formalaşdırmaq fikrimiz var". 

Baş katib hakimlərlə bağlı əldə olunan nəticələri qeyd edib, məşqçilərin savadlılığının artırılması istiqamətində atılan addımlardan danışıb:

"İl ərzində hakimlik üzrə kifayət qədər yaxşı nəticələr əldə etdik. Üç hakimiz A, iki hakimimiz B kateqoriyası aldı. İlk dəfə bir qadın hakimimiz A kateqoriyası aldı. Həmçinin bir A kateqoriyalı hakimimiz yenidən aktiv şəkildə fəaliyyət göstərməyə başladı. Hazırda aktiv beynəlxalq dərəcəli hakimlərimiz sayı 8-dir. Bu bizi çox sevindirir. İdmançılar kimi hakimləri də mütəmadi beynəlxalq yarışlara göndəmək lazımdır ki, onlar reytinqlərini artıraraq daha yüksək səviyyəli yarışlara dəvət alsınlar. 2022-ci illə bağlı hədəfimiz hakimlərimizdən birinin reytinqdə ilk "50-lik"də yer almasıydı ki, biz buna nail olmuşuq. Nazim Umbayev hazırda 33-cü yerdə gedir. Nazim Umbayev bu il həm İslam Həmrəyliyi Oyunlarına dəvət aldı, həm də Bakı "Böyük Dəbilqə"sində iş başında oldu. Bizdə olan məlumata görə, Nazim Umbayev qarşıda "Dünya Turu" seriyasından olan yarışlara dəvət alacaq. Növbəti hədəfimiz hakimlərimizin yaxın zamanda böyüklər arasında Avropa və dünya çempionatlarında təmsil olunmasıdır. Hakimimizin Paris-2024-də olmasa da, 2028-ci ildə dördilliyin əsas yarışında təmsil olunacağına inanırıq.

Biz məşqçilərin təhsilinə xüsusi diqqət yetiririk. Hazırda 78 məşqçimiz Beynəlxalq Cüdo Federasiyasının akadamiyasında təhsillərini davam etdirir. Nəzəri hissəni başa vurublar, iki praktiki kurs keçiblər. Önümüzdəki günlərdə üçüncü əyani kurs olacaq. 2023-cü ilin fevral ayının 6-dan 19-dək məşqçilərimiz Bakıda praktiki imtahanlar verəcəklər. Ümid edirik ki, onların hamısı imtahanları uğurla başa vuraraq Beynəlxalq Cüdo Federasiyasının sertifikatına malik olacaqlar. Federasiyanın strategiyasında təhsil xüsusi yer tutur. Önümüzdəki ildə də Beynəlxalq Cüdo Federasiyasının akademiyası ilə əməkdaşlığımızı davam etdirəcəyik. Ən azı daha 40-50 məşqçimizin akademiyada təhsil almasını təşkil etməyi qarşıya məqsəd qoymuşuq. Bununla yanaşı, məşqçilərin daxili təlim proqramı üzərində də işləyirik. Bu proqramı 2023-cü ilin ikinci yarısından tətbiq etmək və daha sonra da bütün məşqçilərimizin lisenziyalaşdırılmasını həyata keçirmək istəyirik.

Biz bu ildən etibarən klubların, idman cəmiyyətlərinin lisenziyalaşdırılması ilə bağlı yeni qaydalar qəbul etmişik. Həmin qaydalar əsasında artıq 21 klub lisenziya alıb, önümüzdəki ildə bu prosesi davam etdirəcəyik.

Ümumilikdə Azərbaycanda cüdo ilə məşğul olan 16 mindən artıq insan var. Onların əksəriyyəti də təbii ki, uşaq, yeniyetmə və gənclərdir. Onların daha yaxşı şərtlərlə bu idman növü ilə məşğul olması üçün maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində tədbirlərimizi davam etdirəcəyik".

Baş katib növbəti ildə əsas hədəfin dünya çempionatında qızıl medal qazanmaq, həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaları təmin etmək olduğunu bildirib: 

"Önümüzdəki ildə əsas yarış Qətərdə təşkil olunacaq dünya çempionatıdır. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan idman ictimaiyyətinin çoxdan gözlədiyi qızıl medalı qazana bilək. Ümid edirik ki, idmançılarımız zədələr və digər arzuolunmaz hallarla üzləşməyəcək, mundiala tam qüvvə ilə hazırlaşa biləcək. 

2023-cü il Olimpiadayaqədərki sonuncu ildir. Olimpiya Oyunlarına lisenziya xallarını iyunun sonunadək qazanmaq mümkündür, lakin bizim hədəfimiz budur ki, növbəti ilin sonunadək ən azından kişilərdə bütün çəki dərəcələri üzrə lisenziyaları artıq təmin etmiş olaq. Olimpiya Oyunlarına seçim sənədimizə əsasən, Paris-2024-ə ilk seçimi həmin ilin fevral ayında edəcəyik".

Rəsullu qadınlardan ibarət millinin Olimpiada ilə bağlı hədəfini açıqlayıb: 

"Növbəti ildən bəzi yeniyetmə qızlarımız gənclərdə, gənclər isə böyüklərdə mübarizə aparmağa başlayacaq. Hətta bəzi yeniyetmələrimizi böyüklər arasında yarışlarda sınayacağıq. Ən azı iki çəki dərəcəsində Olimpiadaya lisenziya qazanmaq istəyirik. Hazırda biz qadınlardan ibarət milli komandanın özəyini formalaşdırmaq prosesindəyik. Əminik ki, həmin yeniyetmə və gənclər sözlərini sonrakı Olimpiadada deyə biləcəklər.

Ümumilikdə yeniyetmə və gənclərin Avropa və dünya birinciliklərində həmişə olduğu kimi növbəti ildə də yüksək nəticələrə ümidliyik".

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X