Beynəlxalq Cüdo Federasiyası Astanada keçirilən "Böyük Dəbilqə" turnirindən sonra yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, turnirdə bürünc medal qazanan Azərbaycan təmsilçisi Gültac Məmmədəliyeva (52 kq) reytinqdə 3 pillə irəliləyişə nail olub. Hesabında 2240 xal olan 24 yaşlı idmançı hazırda 17-ci yerdədir.
Hidayət Heydərov (73 kq) əvvəlki kimi birinci, Zelim Kotsoyev (100 kq) ikinci, Səid Mollayi (81 kq) üçüncüdür.