Bu gün Odivelasda (Portuqaliya) cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 cüdoçusu tatami üzərinə çıxıb. Onlardan beşi yarımfinala çıxıb.
Vüsalə Hacıyeva (48 kq) İspaniya və Polşadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Məhəmməd Məmişov (50 kq) litvalı və italiyalı idmançıları məğlub edərək eyni uğura imza atıb. Əhməd Rüstəmov bu mərhələyədək eston və gürcü idmançılarını yenib.
Mirxaliq İsgəndərov (55 kq) belçikalı və italiyalı idmançıları məğlub edərək yarımfinala yüksəlib.
Məhəmməd Musayev (60 kq) isə Latviya, Almaniya və Türkiyədən olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb.