Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Fanat.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada fransalı Maksim Qobertə qalib gəlib.
Onun bürünc medal görüşündə rəqibi Birləşmiş Ərəb Əmirliklərindən Narmandax Bayanmunx olacaq.
Eyni çəkidəki Kəramət Hüseynov, qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) medal şanslarını itiriblər.
Qeyd edək ki, "Böyük Dəbilqə" iyunun 25-də başa çatacaq. Azərbaycan yarışa 13 cüdoçu ilə qatılıb.