Ulan-Batorda (Monqolustan) cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın üç idmançısı tatami üzərinə çıxacaq.
İbrahim Əliyev (73 kq) startda Uranbayar Odgerel (Monqolustan) ilə görüşəcək. Eyni çəkidəki Nurlan Osmanov Enkhdul Lkhamaa (Monqolustan) ilə üz-üzə gələcək.
Nəhayət, Zelim Tskayev (81 kq) cənubi koreyalı Yun-Seonq Li ilə mübarizə aparacaq.
Qeyd edək ki, komandamızın hesabında Yaşar Nəcəfovun (66 kq) qazandığı bir bürünc medal var.