Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 üzvü mübarizəyə başlayacaq.
Kişilərin mübarizəsində 81 kq çəki dərəcəsində
Zelim Tçkayev 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə mübarizə aparacaq.
Ömər Rəcəbli 1/16 finalda Jon Vrenozi (Albaniya) - Eetu İhanamaki (Finlandiya) cütünün qalibini gözləyir.
90 kq çəkidə yarışan Murad Fətiyev isə 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşacaq.
Qadınlara gəlincə,
Günel Həsənli (70 kq) 1/32 finalda Anna Oleynik-Korniyenko (Ukrayna), Südabə Ağayeva (70 kq) isə Adelina Novitski (İsrail) ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.