14:00 13.07.2021 755

"Minimum hədəfimiz medalsız qalmamaqdır" - Elxan Məmmədov

Azərbaycan cüdoçularının bir qrupu sabah Olimpiya Oyunlarının keçiriləcəyi Tokioya yola düşəcək. Yaponiya paytaxtına gedəcək ilk heyətdə Kəramət Hüseynov(60 kq), Orxan Səfərov(66 kq), Rüstəm Orucov(73 kq), Murad Fətiyev(81 kq), qadınlardan isə Aişə Qurbanlı(48 kq) yer alıb.

Kişilərdən ibarət yığmamızın böyük məşqçisi Elxan Məmmədov səfər öncəsi fikirlərini Fanat.az-la bölüşüb.
 
Bütün komanda üzvlərinin Olimpiadaya tam hazır vəziyyətdə olduğunu bildirən keçmiş dünya və Avropa çempionu, qarşıya qoyulan minimum hədəfi açıqlayıb: "Ölkə daxilində və xaricdə yaxşı təlim-məşqlər keçdik. Komandada zədə narahatlığı yaşayan idmançı yoxdur. 7 cüdoçumuzun hamısının əhval-ruhiyyəsi yüksək səviyyədədir. Hər biri medal qazanmaq istəyir. Minimum hədəfimiz medalsız qalmamaqdır. Allahın köməyi ilə hər şey yaxşı olmalıdır".

Yığmanın liderlərindən olan Rüstəm Orucov və Məmmədəli Mehdiyevin uzun müddətdir yarışlarda iştirak etməməsinin onların Olimpiadadakı çıxışına təsiri məsələsinə toxunan Məmmədov, bunları deyib: "Rüstəmi son yarış kimi apreldə Avropa çempionatına göndərmək istəyirdik. Səhhətində yaranan problemlər planımızı pozdu. Məmmədəlinin də test yarışı kimi bir turnirdə iştirakı yaxşı olardı. Onun da bu dövrdə müəyyən problemləri oldu.  Ancaq bu nə Rüstəm, nə də Məmmədəli ilə bağlı ilk belə hal deyil. Onlar əvvəllər də böyük yarışlar qabağı bəzi turnirləri buraxıb. Hər ikisi təcrübəli idmançılardır. Məncə, elə bir problem yaşamamalıdırlar".

Qeyd edək ki, Tokio-2020-nin cüdo yarışları iyulun 24-dən 31-dək "Nippon Budokan" arenasında baş tutacaq. Azərbaycan Olimpiadada 9 cüdoçu(7 kişi, 2 qadın) ilə təmsil olunacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X