13:57 30.07.2021 1308

Tokio 2020: İlk medalçımızın duyğusal qələbə şərhi

"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm".

Fanat.Az xəbər verir ki, bunu Tokio 2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.

30 yaşlı idmançı olimpiya mükafatçısı olduğunu anladıqda onun üçün hər şeyin dəyişdiyini bildirib: "Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız və yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Ən böyük "çox sağ ol"u isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər".

Kindzerska döyüşlərini də şərh edib: "İlk görüşdən mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət mənə medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm".

Təcrübəli cüdoçu bu gün sevinc göz yaşlarının uzun müddət axacağını da vurğulayıb: "Azərbaycanın indiyədək medalı yox idi, bu, ilk medalımızdır. Çox fəxr edirəm ki. medal hesabını açdım. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların ardını gətirəcəklər".

Kindzerska olimpiadadan sonra fasilə götürəcəyini əlavə edib. O, müalicə və bərpaya ehtiyac duyduğunu söyləyib: "Ötən Avropa çempionatından sonra zədələrim var idi. Ona görə də bacardığımdan zəif nəticələr göstərirdim. Dizlərim mənim qazanc və çörəyimdir. Hazırda dizlərimdən başqa heç nəyi düşünmürəm. Avropa çempionatının medalı olimpiya medalı ilə müqayisədə heç nədir. Çox sevinirəm ki, orada uduzdum, burada isə bərpa olunaraq medal qazandım. Ötən il olimpiadanın bir il təxirə salındığı açıqlandı. Belə səviyyədə idmançı üçün daha bir il gözləmək çox ağırdır. Buna görə ağlamışdım. Gücümü bu anadək necə qoruyacağımı bilmirdim. Olimpiadanın baş tutacağına son anadək inanmırdım. Çünki hər dəfə təxirə salınacağı deyilirdi. Kiçik tarixin bir parçası olduğuma çox şadam". (Report.az)
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X