15:40 27.01.2022 1081

"İmperator" ordenli məşqçi: "Hidayət Heydərovu zirzəmidən çıxartmışam"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanın əməkdar məşqçisi, "Kanokan TT" klubunun yaradıcısı Tərlan Həsənov Fanat.Az-a müsahibə verib.

80 illik yubileyini qeyd etməyə hazırlaşan tanınmış mütəxəssislə Azərbaycan cüdosunun mövcud vəziyyətindən, yanvarın 28-i Portuqaliyada start götürəcək Qran-Pri turnirindən etibarən tətbiq ediləcək yeni qaydalardan və digər məsələlərdən danışdıq.

- Tərlan müəllim, müasir cüdo, ya keçmiş? Hansını daha baxımlı sayırsınız?
- Suala birmənalı cavab vermək bir qədər çətindir. Hər dövrün özünəməxsus tələbləri var. Əvvəlki cüdo zamanına görə maraqlı sayılırdı. İndi həmin qaydalar baxımlı hesab olunmur. Əvvəllər ayaqdan tutularaq fənd işlədilirdi. Bəli, etiraf etmək lazımdır ki, bu, bizim cüdoçuların öyrəşdiyi, uğur qazandığı taktika idi. Amma fəndlərin baxımlılığı cəhətdən bir qədər indikindən geri qalırdı. 

- Sizcə, yaxın zamanda tətbiq edilməyə başlanacaq yeni qaydalar cüdoya nə qatacaq?
- Yeni qaydalar cüdodakı travmaların azaldılmasına xidmət edir. Odur ki, mən buna tərəfdaram.

-  Lakin bir sıra mütəxəssislər yeni qaydaların Azərbaycan cüdoçularına mənfi təsir göstərəcəyini bildirir. Həmçinin sizin yetirməniz, yığmanın aparıcı üzvlərindən olan Hidayət Heydərovun bundan əziyyət çəkəcəyi ehtimal olunur.
- Orası elədir. Məsələn, Kəramət Hüseynov, Orxan Səfərov kimi cüdoçularımızın tez-tez istifadə etdiyi "Koreya seoi-nage"si adlandırılan fənd bundan sonra qadağan olunmuş sayılır. Fəndin tətbiqi idmançının xəbərdarlıq, hətta diskvalifikasiyasına səbəb olacaq. Ancaq hesab edirəm ki, bizim cüdoçular yeni qaydalardan uzun müddət əziyyət çəkməyəcək. Mən özüm də Vladimir Nutsubidzenin seminarında iştirak elədim. Zalımızdakı cüdoçulara yeni qaydaları başa saldım. Həm dəyişikliklər tək bizə toxunmayacaq, bütün dünya cüdoçuları bundan az, ya çox təsirlənəcək. Hətta ikiqat Olimpiya çempionu, əfsanəvi Ononun da tez-tez başını tatamiyə qoyaraq atdığı "uçi-mata" fəndi artıq qadağan olunub.

- Necə hesab edirsiniz, bizdə cüdonun hazırkı vəziyyəti qənaətbəxşdirmi? Sabaha ümidlə baxmaq olarmı?
- Əvvəlki federasiya cüdonun inkişafı üçün az iş görmədi. Hətta deyərdim ki, xeyli tərəqqi müşahidə olundu. Dünya və Avropa çempionatlarında, Yay Olimpiya Oyunlarında medallar qazanıldı. Sadəcə, son - Tokio-2020 Yay Olimpiya Oyunlarında milli komanda istənilən kimi çıxış sərgiləyə bilmədi. 

Azərbaycanda indi heç vaxt olmadığı qədər kütləvilik var. Federasiyanın əvvəlki rəhbərliyinin dövründə cüdoya yazılan uşaqların sayı ildən-ilə artırdı. Hazırda 80-ə yaxın klub fəaliyyət göstərir. Yaxşı məşqçilərimiz də kifayət qədərdir. Diqqət artırılsa, hər şey yaxşı olacaq

- Biz Olimpiada ərəfəsi də sizinlə danışmışdıq. Həmin vaxt inamlı fikirlər səsləndirmişdiniz. Bəs sizcə, Tokioda cüdoçularımızda nə çatmadı? 
- Cüdoda proqnoz vermək çətindir. Bu idman növünün əsas fərqi də bundadır. Düşünürəm, uğursuz çıxışda pandemiyanın da təsiri danılmaz idi. Karantin, qapanmalar idmançılara təsir etməyə bilməzdi.

- Lakin məlumdur ki, yığma sərt karantin müddətində də məşqsiz qalmamışdı. Bəlkə federasiya işini düzgün qurmamışdı, yığma təcrübəsiz şəxsə həvalə olunmuşdu? Nəzərə alaq ki, qurum maliyyə baxımından da heç bir korluq çəkmirdi.
- İstənilən halda, pandemiya dövrünün məşqi ilə öyrəşdiyimiz Olimpiada hazırlığı bir deyildi. Mən əvvəlki federasiya rəhbərliyi barədə bir çox məqamlarda müsbət fikirdəyəm. Onların gördükləri işi danmaq ədalətsizlik olar. Deyə bilərsiniz ki, dünya çempionumuz da olmadı. Amma olmasa da, xeyli sayda gümüş və bürünc medallar qazanıldı. Mənim tələbəm Hidayət Heydərov ardıcıl dörd dəfə bürünc medal üçün güləşdi. Hansı ki, Hidayət də məhz həmin rəhbərliyin dövründə parlayan cüdoçulardan idi.

- Bəs yeni rəhbərlik barədə fikriniz nədir? Hansı gözləntiləriniz var?
- Yeni rəhbərlik haqda indidən hansısa fikir bildirmək istəmirəm. Bu barədə ilin tamamında danışmaq doğru olar. Gözləntilərə gəldikdə, əlbəttə, yalnız yaxşıya ümid edirik. 

- Yeni rəhbərliyin məşqçi təyinatları birmənalı qarşılanmadı. Siz necə düşünürsünüz, təyinatlar uğurlu idimi?
- Yığmaların indiki məşqçilərinin hamısı yerlilərdir. Hamısı dövrünün uğurlu cüdoçularıdır. Mən millidə yerli mütəxəssislərin işləməyinin tərəfdarıyam. Şəxsən mən adı bəh-bəhlə hallanan Piter  Zayzenbaxer haqda heç vaxt yaxşı fikirdə olmamışam. O adam Azərbaycana, Azərbaycan cüdosuna yuxarıdan aşağı baxırdı. Deyirdi, mənim üçün Azərbaycan çempionatının önəmi yoxdur, özüm bilirəm, kimin potensialı nədir, nə deyil. Yeganə dünya çempionluğumuz onun adına yazılır, amma Elxan Məmmədov ona qədər də dünya və Avropa çempionatlarında medallara sahib olmuşdu. Deyirdi, Nazim Hüseynov, Elnur Məmmədli təsadüfən Olimpiya çempionu olublar. Halbuki onlar  hansı formada çempion olub, bunu dünya bilir. Zayzenbaxerin özü isə xəbərdarlıqlar hesabına, güc-bəla ilə Olimpiya çempionu adını qazanıb. Ümumiyyətlə, adama deyərlər, təsadüf nədir, Olimpiya çempionu olmaq nədir?! Bəzi iradlarımı Piterin özünə də demişdim.

- Özünüz də bir kluba rəhbərlik edirsiniz. Hansı çatışmazlıqlarınız var?
- Mən "ağlamağ"ı sevən adam deyiləm. Mövcud imkanlarla mən və vaxtilə tələbələrim olan veteran cüdoçular müəyyən iş ortaya qoymağa çalışırıq. Amma, əlbəttə, problemlər çoxdur. "Kanokan TT" hazırda vaxtilə market kimi fəaliyyət göstərmiş balaca bir yerdə mövcudluğunu davam etdirir. Doğrusu, elə əvvəldən də əla şəraiti olan yerdə məşq keçməmişəm. Mən Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Murad Fətiyev kimi dünya səviyyəli cüdoçuları zirzəmi kimi yerdə yetişdirib, üzə çıxartmışam. Ümidvaram, federasiya bizə dəstək göstərəcək. Tək bizə yox, mən çox istəyərəm, bütün klublara, cüdo bölmələrinə əsaslı diqqət ayrılsın.

- Hazırda neçə tələbəniz var?
- Günü bu gün 100 nəfərə yaxın uşaq-yeniyetmə yanımda məşğul olur. 

- Aralarında gələcəyin Hidayətlərini, Məmmədəliləri kimi gördüyünüz yeniyetmələr çoxdurmu?
- Adlarını çəkmək istəmirəm. Amma bir neçə belə uşaq var.

- Ümumiyyətlə, uşaqlar neçə yaşdan etibarən cüdoya yazılsalar, yaxşı olar?
- Beş, ya altı yaş məsləhətlidir. Təbii ki, biz onları bu yaşdan çətin məşqlərə cəlb etməyəcəyik. Müxtəlif tapşırıqlarla alışdıra-alışdıra öyrədəcəyik. 

- Tərlan müəllim, Sizi Azərbaycanda "cüdonun babası" adlandırırlar. Sağlıq olsun, bu il 80 illik yubileyinizi qeyd edəcəksiniz. Artıq 50 ildir ki, cüdo məşqçiliyi ilə məşğul olursunuz. Bəs bu qədər enerjili olmağınız sirri nədir?
- Çətin sual oldu (gülür). Bu, mənim tək işimdir. Ən əsası, sevdiyim, könül verdiyim işdir. Buna görədir ki, mən bir gün zala getməyəndə darıxıram, özümə yer tapa bilmirəm. Mən idman fəaliyyətimdən əlavə, həm də tarixçiyəm. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Boş zamanlarımda mütaliə edirəm, yazıram. Sağ olsun federasiyanın köhnə rəhbərliyi, onların dəstəyi ilə cüdonun tarixi və nəzəriyyəsi ilə bağlı bir kitabım da çap olundu. 

Tələbələrimin hamısını öz balam, nəvəm kimi çox istəyirəm. Onlar da mənim əməyimə dəyər verir, qiymətləndirirlər. Deyirlər, müəllim, sizin zala gəlib əlinizi bizim kürəyimizə qoymağınız yetərlidir, biz sizdən güc-qüvvət alırıq. Nə qədər ki, canımda can var, bu işi davam etdirəcəyəm. Bu yaxınlarda mənə və Əhməddin Rəcəbliyə Yaponiyanın ",İmperator" ordenini də verdilər. Əlbəttə, adam əməyinə qiymət verildiyini gördükdə, daha da ruhlanır. 

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X