15:49 08.12.2021 2316

\"Ermənistana yarışa yox, müharibəyə getmişdik\" - MÜSAHİBƏ

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Cüdo üzrə Azərbaycan millisinin keçmiş çalışdırıcısı, respublikanın əməkdar məşqçisi Fərhad Məmmədovun Fanat.Az-a müsahibəsi

- Fərhad bəy, adınız çəkilərkən, əsasən məşqçilik fəaliyyətiniz yada düşür. Bir qədər də idmançı karyeranız haqqında danışaq. Hansı uğurlarınız olub?
- Mən cüdoya böyük qardaşım, hazırda qadınlardan ibarət yığmanın baş məşqçisi olan Rəşad Məmmədovla birgə indi rəhbərlik etdiyim "Atilla' klubunda başlamışam. Müəllimimiz Əli Dəvrişov olub. O vaxt 10 yaşım var idi. Uğurlarım əsasən yeniyetmələr arasındadır. Azərbaycan birinciliklərində, Rusiya, Türkiyə və  Polşadakı beynəlxalq turnirlərdə yer tutmuşam. Böyüklərdə Azərbaycan çempionatının medalçısı, Həzi Aslanovun xatirə turnirinin qalibi olmuşam. Daha böyük nəticələr qazana bilməməyim belimdəki zədə ilə bağlı olub. Böyüklərdə çox az güləşdim. O vaxt tibb də indiki kimi inkişaf etməmişdi. Həkimlər sinirə yaxın hissədə yerləşən yırtıq səbəbindən mənə güləşməyi qadağan etdilər. 21 yaşım olanda artıq idmançı karyeramı bitirmək məcburiyyətində qaldım. Elə o vaxtdan məşqçiliyə başladım. Tək deyildim. İlk vaxtlar Əli Dəvrişovun köməkçisi olmuşam. Klubumuz o vaxtlar yığma komandanın da bazası idi. Orada tanınmış mütəxəssisləri görə-görə, birgə işləyə-işləyə peşənin incəliklərini öyrəndim. 

- Məşqçiliyə çox erkən yaşda başlamısınız. Ancaq Orxan Səfərov, Rüstəm Orucov, Elmar Qasımov kimi uzun illərdir millinin aparıcı üzvləri olan cüdoçular sizin elə ilk yetirmələrinizdən sayılırlar. Maraqlıdır, gənc mütəxəssis qısa zamanda bu uğurlara necə nail oldu?
- Çətin sual oldu (gülür). Sözün açığı, özüm haqda yüksək fikirlər səsləndirməkdən həmişə uzaq olmuşam. Dediyim kimi, Əli Dəvrişovun dəstəyi ilə başladım. Sadaladığınız cüdoçuların yetişməsində onun da payı çoxdur. Amma deyim ki, onlardan öncə də nəticə qazanan yetirmələrim olub. 23 yaşlıların Avropa çempionatında, Universiadada fərqlənənlar var idi. Amma ilk böyük uğurlar Elmardan gəldi. Bu gün çoxları bilmir ki, Elmar Ermənistanda keçirilən gənclərin Avropa çempionatına qədər artıq böyüklər arasında sözünü demişdi. O, 2009-cu ildə Hollandiyanın Rotterdam şəhərində keçirilən dünya çempionatında yarımfinala kimi gəlib beşinci yeri tutmuşdu. Elmar əvvəldən bacarıqlı idi. Əsas üstünlüyü də yarışlar vaxtı soyuqqanlılığını itirməməsiydi. Rahat çıxıb güləşirdi. Uduzanda da təmkinini çox pozmazdı. Amma Orxanda əksinə idi. Uduzanda acığını bilmirdi necə çıxsın. Tez-tez hakimlərlə mübahisə edirdi. Hər ikisinin xüsusiyyəti indi də çox dəyişməyib. Orxan indi də yarış ərəfəsi çox həyəcan keçirir. Dəyişən bircə Rüstəm oldu. Əvvəllər bu ikisinə nisbətdə o, elə də aktiv tələbə sayılmazdı. 2012-ci ildə Bakıda keçirilən Qran-Pridə yer tutduqdan sonra Rüstəm tamam dəyişdi. Özünə inandı. Nəticələrinə baxsaq, ikisindən də önə keçdi. 

- İrəvandakı yarışda gənclər millisinin baş məşqçisi siz idiniz. Üzərindən 12 ildən çox vaxt keçsə də, həmin anları xatırlamağınız maraqlı olar.
- O zaman yığmaya artıq iki il idi ki, baş məşqçi təyin olunmuşdum. Ermənistana apardığımız heyət məhdud sayda idi. Amma idmançılar elə seçilmişdi ki, onların hamısı medala namizəd sayılırdı. Gözlənilən kimi də oldu. Beş nəfərin hamısı kürsüyə qalxdı. Qızıl medalımızın sayı iki də ola bilərdi. 60 kiloqramdakı İlqar Müşkiyevi finalda "sıxdılar". Açılış gün idi deyə, himnin səslənməsini qəbul edə bilmirdilər.

Yarışqabağı əhval-ruhiyyə, sadəcə, möhtəşəm idi.

Ermənistana yarışa yox, sanki müharibəyə getmişdik. Hansısa narahatlıq, psixoloji təzyiq yox idi.

Orada bizim və Türkiyə yığmasının qalması üçün ayrıca yer ayrılmışdı. Elə bir arzuolunmaz halla rastlaşmadıq. Öncədən təhlükəsizliklə bağlı təminat verilmişdi. Nəsə olsaydı, bu onlara çox baha başa gələrdi.

Elmarın şərəfinə himn səslənəndə keçirdiyimiz hissləri indi də sözlə ifadə etməkdə çətinlik çəkirəm. Həmin vaxt zaldakı ermənilər tez-tələsik bayıra qaçdı. Bu da təbii idi.
 
- Bir müddətdir ki, yenidən təməl məşqçilik fəaliyyəti göstərirsiniz. Uzun müddət yığmada böyüklərlə işlədikdən sonra uşaq məşqçiliyinə qayıtmaq çətin olmadı?
- Yox, açığı. Bu işə həmişə həvəslə yanaşmışam.

- Güman ki, siz işə başladıqdan sonra klubun cüdo bölməsinə edilən müraciətlər də çoxalıb. 
- Artım var. Yanımda 50-yə yaxın uşaq və yeniyetmə məşğul olur. 

- Bir çox məşqçilər indiki dövrün uşaq və yeniyetmə idmançıları ilə çalışmağın çox mürəkkəb iş olduğunu söyləyirlər. Siz necə düşünürsünüz?
- Razıyam. Açığı, indiki uşaqlar fiziki zəifdirlər, gec qavrayırlar. Bacarıqlılar da var, amma sayları azdır.

- Sizcə, nə ilə bağlıdır?
- Diqqətsizliyin səbəbi texnikadır. Azyaşlıların hamısının əlində smartfon var. Virtual həyata çox aludədirlər. Fikirləri daha çox o aləmdə olur. 

- Valideynlərin yanaşması barədə nə demək olar?
- Səbirsizdirlər. Hamı istəyir ki, günü bu gün yarışlar, medal-diplomlar olsun. Belə olanda, hər şeyi incəliyinədək izah etməyə çalışıram.

- Ümumiyyətlə, uşaqların neçə yaşdan etibarən cüdoya yazılmasını məsləhət görürsünüz?
- İndiki şərtlər daxilində 6 yaş daha məqsədəuyğundur. Bu yaşda başladıqda çətinlik olmur. Bəlli bir yaşadək müxtəlif hərəkətlər öyrənirlər. Ümumiyyətlə, 15 yaşdan tez uşaqlara fiziki yüklənmələr vermək olmaz. Belə olanda, tez "yanırlar". Baxırsan, 13-14 yaşlı yeniyetmədir, fiziki göstəriciləri yaşından xeyli böyük təsir bağışlayır. Başı çıxmayan adam da baxanda deyir ki, bu, əsl döyüşçüdür. Ancaq elə deyil. Bu, aldadıcı olur. Necə deyərlər, tez alışan tez də sönür. 

- Son zamanlar ölkə cüdosunda yeni simalar çox az nəzərə çarpır. Heyətin aparıcı üzvlərinin əksəriyyəti artıq 30 yaşa çatıb. Gənclər niyə üzə çıxmır?
- Son illər gənclərə şans verilmədi. Piter Zayzenbaxerdən fərqli olaraq, Ruslan Maşurenkonu bu, ümumiyyətlə, maraqlandırmırdı. Tokio-2020 tsiklində bir çox çəki dərəcələri üzrə gəncləri uzağı bir-iki yarışda gördük. Gənclər tez-tez yarış görməlidirlər ki, zamanla özlərini sübut edə bilsinlər. Tokioya doğru şans neçə nəfərə verildi? İki-üç nəfərə. Həmin çəkilərdə də artıq boşluq yaranmışdı. 

- Bir çox mütəxəssislər müasir cüdonun qaydalarından narazılıq edir. Əvvəlki cüdonun daha baxımlı olduğunu hesab edirlər. Təsdiqləyirsiniz?
- Qətiyyən. Mən müasir cüdonun daha baxımlı olduğu fikrindəyəm. İndiki şərtlər, icra olunan fəndlər daha gözəgəlimlidir. "Şido" cərimələrinin, vaxtın azaldılması cüdonu daha dinamik edib. O vaxtlar bəzən görüş uzandıqca uzanırdı. Bu da izləyənləri sıxırdı. Sadəcə, ayaqdan fəndin yığışdırılması Qafqaz məktəbinə çətinlik törədir. Bununla razıyam. İndiki cüdonun hazırlığında əsas diqqət edilməli məqam dözümlülükdür. Bu baxımdan problem yoxdusa, nəticə olacaq.

- Demək olarmı ki, Tokioda bizim cüdoçuların əsas problemi məhz dözümlülüklə bağlı idi?
- Olimpiadadan öncə də biz danışmışdıq. O vaxt mən üç medal gözlədiyimi demişdim. Digər amilləri qoyaq qırağa, idmançıların səviyyəsi belə bir inam yaratmışdı. Amma olmadı. Görünür ki, yarışa hazırlıq düzgün qurulmamışdı.

- Ruslan Maşurenko və məşqçilər heyətinin digər üzvləri yola salındı. Bildiyiniz kimi, artıq federasiya rəhbərliyi də dəyişib. Gözləntiləriniz nədir?
- İndidən nəsə söyləmək istəmirəm. Zaman göstərər. Ümid edək ki, hər şey Azərbaycan cüdosu üçün yaxşı nəticələnəcək. 

- 2017-ci ildə millinin baş məşqçisi olarkən əldə etdiyiniz nailiyyətlər hələ də xatırlanır. Yığmaya qayıtmağınız həm azarkeşlər, həm də cüdoçuların özü üçün arzuolunandır. Bununla bağlı təklif varmı?
- Xeyr

- Olsa, dəyərləndirərsiniz? 
- Qayıtmaq istəyərəm. Biz o vaxt elə indiki baş məşqçi Mövlud Mirəliyevlə birgə işləmişdik. Mövlud müəllimlə işləmək mənə hər zaman xoş olar.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2024
09:00

Cəlal oynadı, komandası “Ludoqorets”lə nə etdi?

01:29

"Çelsi" "Everton"a divan tutdu

00:44

"Valensiya"ya 1 qol kifayət etdi

00:30

Sonuncu gündə 2 heç-heçə

00:10

"Qalatasaray" səfərdə darmadağınla qalib gəldi

15 Aprel 2024
22:00

Şeydayevin klubu TFF-nin qərarının ləğv edilməsini istəyir

21:18

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar

20:33

"Fərq bundadır" - Pedri PSJ-dən nədə üstün olduqlarını dedi

19:33

"Everton"un xalları yenə silinə bilər

18:48

Huşunu itirən "Roma"lının aqibəti necə oldu? - SON DURUM

17:52

"Sumqayıt" və "Zirə" arasında 4 oyunda 1 qol vurulub

17:30

"Bu, xüsusi axşam ola bilər" - Xavi PSJ ilə cavab matçından nə gözləyir?

17:12

"Sabah" bunu bacaran 3-cü komanda oldu

16:52

"Az qala infarkt keçirmişdim" - Karlo Ançelotti

16:40

Yunanov 200-ə çatdı

16:29

İcraiyyə Komitəsi nəyi gözləyir?

16:11

Emeri "Arsenal" üzərində qələbəni şərh etdi

15:55

"Mançester Siti" 103 illik rekorda yaxınlaşdı - Qvardiola iki gün sonra tarix yaza bilər

15:38

ÇL: 1/4 finalın cavab oyunlarına təyinatlar açıqlandı

15:20

Lebron Ceymsdən tarixi rekord

15:03

"Milan"ın futbolçusu "Atalanta"da oynamaq istəyir - Özü dedi

14:44

Bu mövsüm MY-nin başına belə hadisə 57 dəfə gəlib

14:26

Lyuis Ferqyuson ağır zədə aldı

14:08

Luçesku razılaşdı - Türkiyə nəhəngini çalışdıracaq

13:50

Zinçenkonu yenə "baltaladılar": "O, yeriyən səhvdir"

13:31

"Qol vura bilməməyimiz inanılmazdır" - Klopp məğlubiyyəti şərh etdi 

13:14

"Təzyiq altında oynamaq uşaqlarımın xoşuna gəlir" - Pep Qvardiola

12:55

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan etdi

12:30

Millimizə İspaniyadan 8 futbolçu çağırıldı

12:13

Müller Kinqsli Komanın sıradan çıxmasına belə reaksiya verdi

11:54

"Ana, biz çempionuq!"

11:37

Azərbaycan para-badmintonçuları beynəlxalq turnirdə iştirak edəcəklər

11:20

Millimiz Gürcüstana uduzdu - VİDEO

11:03

"Mançester Siti" De Bröyneyə əvəzləyici tapdı - Fantastik məbləğ ödəyəcək

10:28

“Sabah” “Qarabağ”ı üstələdi, “Neftçi” 2-ci pilləyə yüksəldi – Tura baxış

10:10

Azərbaycan gimnastları Bişkekdə 7 "qızıl" qazandılar

09:53

İddiaçılar Turniri: Nicat Abasov yenə qələbəyə həsrət qaldı

09:34

"Bayer"in oyunçusundan unikal rekord -  Bundesliqa tarixində hələ onun kimisi olmamışdı

09:15

"Liverpul" antirekordunu təkrarladı

01:40

Lionda 7 qol vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X