Azərbaycan cüdoçusu Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan təmsilçilərimizdən daha əvvəl Məmmədəli Mehdiyev qızıl medal qazanıb.
Bununla da Azərbaycan millisi yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışa Azərbaycandan ümumilikdə 9 cüdoçu qatılıb.
***
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə qalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub.
100 kq-da yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək
Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.
***
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirinin finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nadav Zurata (İsrail), ardınca Yersultan Muzapparova (Qazaxıstan) qalib gəlib. 29 yaşlı cüdoçu yarımfinalda Erlan Şerovu (Qırğızıstan) da yenərək adını finala yazdırıb. Qızıl medal uğrunda həıledici görüşdə onun rəqibi serbiyalı Nemanya Maydov olacaq.
Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Marqianiyə (Gürcüstan) uduzaraq mübarizəni dayandırıb.
100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Odbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu (Dominikan Respublikası) yenib Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, İliya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib. Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzaraq yeddinci yerlə kifayətlənib.
Kotsoyev bürünc medal uğrunda Gürcüstanın digər təmsilçisi Onise Saneblidze ilə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olaraq yarışla vidalaşıb.
***
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu - üçüncü günündə Azərbaycanın daha 5 təmsilçisi tatamiyə çıxacaq.
90 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/16 finalda Uşanqi Marqiani (Gürcüstan) ilə münasibətləri aydınlaşdıracaq.
Eyni çəkidəki Məmmədəli Mehdiyev mübarizəyə 1/8 finaldan qoşulacaq. 29 yaşlı idmançı bu mərhələdə Nadav Zurat (İsrail) / Artyom Bubir (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.
100 kq-da yarışan cüdoçularımızdan Zelim Kotsoyev 1/8 finalda Xanqal Odbatarla (Monqolustan), Elmar Qasımov Robert Florentino (Dominikan Respublikası) ilə qarşılaşacaq.
100 kq-dan yuxarı çəkidəki Uşanqi Kokauri 1/8 finalda Onise Buqadzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışa Azərbaycandan ümumilikdə 9 cüdoçu qatılıb.