Azərbaycana Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazandırmış Ukrayna əsilli qadın cüdoçu İrina Kindzerska Bakıya gəlib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı idmançı Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimində iştirak edib.
O, iki gündən sonra Ukraynaya dönəcək.
Qeyd edək ki, millimizin heyətində 78 kiloqramdan yuxarı çəki dərəcəsində dünya və Avropa çempionatlarında da medal qazanmış cüdoçu ötən həftə karyerasını bitirdiyini açıqlayıb.