Martın 26-da Yunanıstanın paytaxtı Afinada cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı start götürəcək.
Fanat.Az xəbər verir ki, iki gün davam edəcək turnirdə Azərbaycanı 15 oğlan və 5 qız cüdoçu təmsil edəcək. Komandanın heyətində "Buenos-Ayres-2018" Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi Vüqar Talıbovun da adı yer alıb.
Oğlanlar: Nurlan Kərimli, Samir Piriyev, Nicat Məmmədli (hamısı 60 kq), Qasım Vəlizadə, Aydın Rzayev, Elvin Bağırov (hamısı 66 kq), Məmmədrza Hacızadə (73 kq), Məhərrəm İmamverdiyev, İsmayıl Zamanov (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Hüseyn Məmmədov, Kənan Nəsibov (+100 kq).
Qızlar: Könül Əliyeva, Gülşən Bəşirova (48 kq), Rita Əliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərmin Əmirli (78 kq).
Qeyd edək ki, Avropa Kubokunda 27 ölkədən ümumilikdə 275 cüdoçunun iştirakı gözlənilir.