Cüdo üzrə böyüklərdən və gənclərdən ibarət milli komandaların Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, ümumilikdə 85 cüdoçunun cəlb edildiyi təlim-məşq toplanışının əsas məqsədi qarşıdan gələn beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməkdir.
Qeyd edək ki, Polşa milli komandası da cüdoçularımızla birgə hazırlıq keçiblər.