Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə Macarıstanın Tata şəhərində Olimpiya təlim-məşq toplanışı start götürüb.
Fanat.Az xəbər verir ki, aprelin 17-dək davam edəcək toplanışda Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvləri də qatılıb.
İdmançılar bir həftə ərzində müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə, hazırlıq səviyyələrini təkmilləşdirəcəklər.