Azərbaycanın qadın cüdoçusu Leyla Əliyeva Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançının rəqibi cənubi koreyalı Hyekyeong Li olub.
Rəqibinə "ippon"la uduzan Əliyeva beşinci yerlə kifayətlənib.
***
Bu gün Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Leyla Əliyeva yarışın ilk günündə mübarizəyə qoşulub.
Qadınların 48 kiloqram çəki dərəcəsində yer alan cüdoçu 1/8 finalda yerli idmançı Baasanxuu Bavudorjla qarşılaşıb. Rəqibinə "ippon"la qalib gələn təmsilçimiz növbəti mərhələdə digər monqolustanlı Narantsetseq Qanbaatara uduzub.
Təsəlliverici görüşlərə qatılan Əliyeva cənubi afrikalı Ceronay Vaytboyu məğlub edərək bürünc medal uğrunda həlledici döyüşə vəsiqə qazanıb. Onun rəqibinin kimliyinə Natsumi Tsunoda (Yaponiya) ilə Hyekyeong Li (Cənubi Koreya) arasındakı yarımfinal görüşündən sonra aydınlıq gələcək.
Qeyd edək ki, üç gün davam edəcək "Böyük Dəbilqə"yə 30 ölkədən 255 cüdoçu qatılıb.