Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.
Fanat.Az xəbər verir ki, yığma qarışıq komanda (3 oğlan, 3 qız) yarışında üçüncü yer uğrunda Polşa kollektivi ilə üz-üzə gəlib. Rəqibinə 4:2 hesabı ilə qalib gələn seçməmiz qitə birinciliyinin bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı səkkiz mükafatla başa vurub. Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev, Əbil Yusubov (hər ikisi 66 kq) və Əli Hacızadə (73 kq) bürünc medal qazanıb.
*** 15:22
Xorvatiyanın Poreç şəhərində təşkil olunan cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında bu gün 14 ölkənin iştirakı ilə qarışıq komanda yarışı keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması mübarizəyə 1/4 finaldan qoşulub. Burada ev sahibi ölkənin seçməsi ilə qarşılaşan cüdoçularımız görüşü vaxtından əvvəl qalib başa vurublar - 4:0.
Lakin komandamız sonrakı mərhələdə uğurun ardını gətirə bilməyib. Finalın bir addımlığında Fransaya 1:4 hesabı ilə uduzan milli bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı səkkiz mükafatla başa vurub. Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev, Əbil Yusubov (hər ikisi 66 kq) və Əli Hacızadə (73 kq) bürünc medal qazanıb.
***
Bu gün Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin son günündə Azərbaycan komandasının iştirakı ilə qarışıq komanda yarışı keçiriləcək.
Yığmamız mübarizəyə 1/4 finaldan başlayacaq. Milli bu mərhələdə təsnifatda Yunanıstanı üstələyən Xorvatiya komandası ilə üz-üzə gələcək.