15:59 26.07.2022 951

"Polşalıları yarıyolda qoyub gəlməyi vicdanım götürməz" - MÜSAHİBƏ

Polşanın kişilərdən ibarət cüdo yığmasının baş məşqçisi Rəşad Həsənov Fanat.Az-a müsahibə verib.

Azərbaycanlı mütəxəssis sözügedən posta təyinatından ötən səkkiz ay ərzindəki fəaliyyəti barədə danışıb.

- Rəşad bəy, ötən ilin noyabrından Polşa yığmasını çalışdırırsınız. Sizin təyinatınızdan sonra komandada nə dəyişib?
- Polşanın cüdoda ikiqat olimpiya çempionu da var, amma bu ölkənin millisi artıq neçə illərdir iddialı yığmalar arasında yer almır. Mən də təyinat alarkən yaxşı bilirdim ki, iddiası yüksək olmayan, seçim imkanı az olan yığmanın "sükanı arxası"na keçirəm. Lakin vətəndən qıraqda çalışmaq həmişə arzum olub. Bu səbəbdən daha gec olmadan gələn təklifi dəyərləndirmək qərarı verdim. Mən Polşa millisini çalışdırmağa başlayanda yığmadakı uşaqların vəziyyəti ilə indiki arasındakı fərqi hər şeydən öncə nəticələr göstərir. 

- Yığmada əsasən nə çatmırdı?
- Komandanın ümumi hazırlığında xeyli problemlər var idi. Mənədək təlim-məşq toplanışları az-az, qısamüddətli, cəmi üç-dörd günlük olub. Üstəlik, bu toplanışlara yığmanın bir çox əsas üzvləri qatılmayıb. Onlar daha çox fərdi məşqlərə üstünlük veriblər. İdmançıların fiziki hazırlıqları, həmçinin kimono məşqləri istənilən səviyyədə deyildi. Mən gələndən sonra öncə bunun üzərində işləməyə başladım. İndi təlim-məşq toplanışları ən azı 10 gün olur. Bir neçə dəfə xaricdə - Türkiyədə, Xorvatiyada, o cümlədən doğma Azərbaycanda təlim-məşqlər keçmişik. 

- Sofiyada keçirilən son Avropa çempionatında 100 kiloqram çəki dərəcəsində yer alan Pyotr Kuçera gözlənilmədən finala çıxdı. Onadək isə artıq 10 il idi ki, Polşanın kişi cüdoçuları analoji yarışın həlledici mərhələsinə yüksəlmirdi. Həmin vaxt dünya reytinqinin 67-ci pilləsində qərarlaşmış sözügedən idmançının uğurunun sirri nə idi?
- Kuçera əvvəllər 90 kiloqramda çıxış edirdi. Mən yığmaya gələndən sonra qərara aldıq ki, 100 kiloqrama keçsin. Çünki fiziki göstəriciləri, sürəti 100-ə daha uyğundur. Kuçera təcrübəsiz idmançı deyil, 27 yaşı var. İmkanları da aşağı deyil, yetərincədir. Lakin bunadək, demək olar, bir ciddi nailiyyətlə yadda qalmamışdı. Avropa çempionatınadək mənim rəhbərliyim altında "Böyük Dəbilqə"də 1/4 finaladək gəlmişdi. Amma Sofiyada medal qazanacağına inamsız idi. Bildiyiniz kimi, 100 kiloqramda kifayət qədər titullu, güclü idmançılar mübarizə aparır. Reytinqin ilk "50-liy"ində olmayan idmançı üçün belə yarışlarda mükafat qazanmaq çox çətin olur. 

- Kuçera qitə çempionatında ardıcıl olaraq iki ikiqat dünya çempionunu - portuqaliyalı Xorxe Fonseka və İspaniya təmsilçisi Nikoloz Şerazadişvilini yendi. Görünür, məşqçi də onu inandıra bilmişdi...
- Adını çəkdiyiniz cüdoçu Fonseka ilə bu ay Zaqrebdə Qran Pri yarışında da üz-üzə gəldi. O vaxt görüşdən öncə mən ona dedim ki, sənin ilk qələbəni hər kəs təsadüf kimi qiymətləndirir. Tribunadakılar sənə yox, yenə də ona inanır. Amma bu dəfə qalib gəlsən, daha o fikir qalmayacaq. Ən azı düşünəcəklər ki, sən Fonseka üçün tərs rəqibsən. Beləcə, çıxıb ikiqat dünya çempionunu yenidən məğlub etdi.

- Polşada cüdonu nə dərəcədə populyar idman növü saymaq olar?
- Əvvəllər daha çox sevilib. Amma indi də populyarlığı az deyil. Aşağı yaş qruplarında yetərincə kütləvilik var. Uşaq və yeniyetmələr arasında yarışlarda yüzlərlə idmançı görə bilirsən. Amma irəli yaşlarda bu say kəskin azalır. Səbəb maddiyyatdır. Düzdür, burada yaxşı klublar, təlim-məşq bazaları var. Amma ümumi götürəndə bizdəki kimi geniş imkanlar yoxdur. Federasiya məhdud büdcə ilə fəaliyyət göstərir.

- Polşanın artıq uzun illərdir ki, cüdoda olimpiya medalçısı da yoxdur. Sizin rəhbərliyiniz altında Parisdə mükafat qazanılması mümkündürmü?
- Federasiya rəhbərliyi tərəfindən baş məşqçi olaraq qarşıma böyük hədəflər qoyulmayıb. Əsas məqsəd yeni idmançıları ortaya çıxarıb onları sonrakı Olimpiadaya - Los-Anceles-2028-ə hazırlamaqdır. Lakin Paris-2024 üçün də müəyyən hədəflərimiz var. Çalışacağıq ki, heç olmasa, beş idmançımız Olimpiadaya lisenziya qazandıran mövqedə qərarlaşsın. 73, 81 və 100 kiloqram çəki dərəcələrində imkanlarımız daha çoxdur.

- Polşa yığmasına təyinatınızadək Azərbaycanda müxtəlif yaş qrupları üzrə yığmalarda çalışmısınız. ACF-nin yeni rəhbərliyi daha sərfəli şərtlərlə müqavilə təklif etsə, vətənə dönərsiniz? 
- Əvvəl də dediyim kimi, mən bura yalnız maddiyyatı düşünərək gəlməmişəm. Buradakı iş mənim üçün yeni təcrübə, çağırışdır. Vətəndə sənə ehtiyac duyulması istənilən halda, xoşdur. Amma burdakı uşaqlarla elə mühit formalaşdırmışıq ki, demək olar, bir mehriban ailə kimiyik. İdmançılar mənə güvənir, stimul alır. Onları yarıyolda qoyub gəlsəm, bunu vicdanım götürməz. Əsas odur ki, harada olsaq da, ürəyimiz vətənlə döyünür.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
20:32

MPL: "Turan Tovuz" - "Neftçi" oyununda 3-cü qol - YENİLƏNİR

20:24

"B" kateqoriyam ola-ola ağır yükü mənə verdilər" -Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X