"Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm".
Bunu Fanat.Az-a açıqlamasında Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycana hələlik yeganə qızıl medalı qazandıran cüdoçu Fidan Əlizadə (57 kq) deyib.
Ötən ay Xorvatiyanın Poreç şəhərində Avropa çempionu olan idmançı ili "qızıl het-trik"lə tamamlamaq istəyində olduğunu bildirib:
"EYOF-a yalnız qələbə üçün gəlmişdim. Şükürlər olsun ki, bacardım. Bu yarış artıq geridə qaldı, qarşıda dünya birinciliyi var. Məqsədim gələn ay Bosniya və Herseqovinada dünya çempionu olmaqdır".
Qeyd edək ki, EYOF-da Azərbaycan komandasının hesabında hələlik 1 qızıl, 4 gümüş və 1 bürünc medal var. Mükafatların hamısı cüdoçuların sayəsində əldə olunub.
Sahib