DÇ-2022-nin 1/4 finalında Niderland seçməsi ilə üz-üzə gələcək Argentina yığmasının baş məşqçisi Lionel Skaloni "narıncılar"la oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Futbolçularımız xalqın, xalq da futbolçularımızın gücünə inanır. Bu oğlanlar ən yüksək - Niderlandla oyun səviyyədə matçlarda mübarizə aparmaq üçün yaranıblar. Oyunçulara bacardıqlarını etməyi - futbol oynamağı tapşırıram. Onlar çətin matçlara hazırdırlar. Bizi iki tarixi rəqibin dueli gözləyir. Van Qal kimi mütəxəssislə üz-üzə gəlmək böyük şərəfdir".
Qeyd edək ki, Argentina Niderlandla dekabrın 9-da qarşılaşacaq.
Nihat