İngiltərə millisinin kapitanı Harri Keyn Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Seneqal üzərində (3:0) qələbə qazandıqları oyundan sonra mundialı işıqlandıran jurnalistlərə danışıb.
Fanat.Az xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan hücumçu Fransa ilə 1/4 finaldakı qarşılaşma barədə də fikirlərini bölüşüb:
“Hücumçunun yaşaya biləcəyi ən gözəl hisslərdən biri qol vurmaqdır. Hesabı açdığım və komandamın qələbə qazanmasına kömək etdiyim üçün xoşbəxtəm. Müxtəlif vəziyyətlərdən qol vurmağı bacardıq ki, bu da yarışın qalan hissəsi üçün vacibdir. Asan matç olmadı. Xüsusilə ilk yarım saatda bizə çətin oldu. Amma ilk qol bizə kömək etdi, çünki ondan sonra amansız pressinq etdik.
1/4 finalda Fransaya qarşı görüş çətin olacaq. Onlar son çempiondurlar, amma onsuz da dünya çempionatında dünyanın ən yaxşılarına qarşı oynayırsan. Bərpa olunmaq üçün bir neçə günümüz var”.
Mirağa