15:37 16.12.2022 674

Millinin qapıçısının təsirli hekayəsi: 4-cü diviziondan DÇ-nin finalına qədər

DÇ-2022-nin finalında Fransa ilə qarşılaşacaq Argentina millisinin qapıçısı Emiliano Martinezin qəribə həyat hekayəsi var. 

Fanat.Az xəbər verir ki, "The Guardian" 30 yaşlı qolkiperlə bağlı yazı təqdim edib. Karyerasına İngiltərənin dördüncü liqasında başlayan Emilianonun həyat yolunun təsirli məqamlarına toxunulub: "Çox az oyunçu Martínez kimi şansını belə səbrlə gözləyir. Argentinalı 2010-cu ildə ailəsini tərk etmək və "Arsenal"ın gənclər komandasına qoşulmaq üçün həyatını dəyişdirmək qərarı verdi. 30 yaşlı qapıçı həmin günləri belə xatırlayır: "Qardaşımın və anamın "Nə olar getmə" deyib ağladığını gördüm. Amma atamın da evin xərclərini ödəyə bilmədiyi üçün gecə gec saatlarda ağladığına şahid oldum. Ona görə də cəsarətli olmalıydım”.

Emiliano 2012-ci ildə İngiltərənin dördüncü liqa təmsilçisi "Oksford Siti"də peşəkar debütünü rəsmiləşdirdi. O, 2013-2014 mövsümünü "Şeffild"də, 2015-2016-nı "Vulverhempton"da icarədə keçirib. Mövsümün ortasında aldığı zədə onun komandadakı yerini itirməsinə səbəb olub və sonradan “Arsenal”a qayıdıb. Ardından İspaniya təmsilçisi "Xetafe" və "Ridinq"də 8 il icarədə çıxış edib. 

2020-ci ildə Bernd Lenonun zədələnməsindən sonra argentinalı nəhayət, "Arsenal"ın "1 nömrə"sinə çevrilib. Ancaq London təmsilçisindəki bəzi matçlarda əhəmiyyətli seyvlərə baxmayaraq, yenə tam güvən qazana bilməyib. Karyerası daha çox aşağı liqalarda keçən Emiliano Martinez "Arsenal"dan ayrılıb "Aston Villa"ya getdikdən sonra karyerasında yüksəliş əldə edib. "Aston Villa"dakı ilk mövsümündə 15 oyunda qapısını toxunulmaz saxlayaraq klubun rekordunu yenilədi.

O, 2011-ci ildən bir neçə dəfə Argentina milli komandasına çağırıldı, lakin əsas qapıçı ola bilməyib. 2021-ci ilin iyununda, DÇ-nin seçmə mərhələsində Çiliyə qarşı oyunda ilk dəfə milli komandanın formasını geyinən Martinez ötən il Amerika Kubokunda parladı. Finalda Braziliyaya 1:0 hesabı ilə qalib gəldikləri oyunda "tanqoçular" məhz onun sayəsində 10 ildə ilk kubokunu qazanıb. O, turnirin ən yaxşı qapıçısı seçilib.

Cəmi üç il əvvəl Emiliano "Dibu" Martinez İngiltərənin ikinci divizionunda icarə əsasında çıxış edirdisə, bu gün 30 yaşlı futbolçunun ölkəsinin milli komandası ilə dünya çempionu olmaq şansı var".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2024
10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:50

İngiltərə – Sloveniya matçının ən yaxşı oyunçusu bilindi

09:37

AÇ-2024: Nəticələr və təqvim

09:15

AÇ-2024: Son 1/8 finalçılar müəyyənləşir - YENİLƏNİR

08:30

İngiltərə bunu ardıcıl 4-cü dəfə bacardı

01:21

Fransa – Polşa matçının ən yaxşı futbolçusu açıqlandı

01:02

AÇ-2024:Avstriya və İngiltərə qrup lideri qismində 1/8 finala yüksəldilər

00:06

Niderland - Avstriya matçının ən yaxşı oyunçusu açıqlandı

25 İyun 2024
22:00

Jiqo Fransanı Türkiyəyə dəyişdi - Klublar razılığa gəldi

21:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:10

"Səbail" baş məşqçisi ilə yollarını ayırdı

20:20

"Bitdi, mən artıq yoxam" - Poqba təslim oldu

19:30

"Turan Tovuz"da rusiyalı qapıçı

18:40

"Səbail"in Ərzurumdakı sonuncu rəqibi müəyyənləşdi

18:19

Polşa Futbol Assosiasiyası Mixal Probejlə bağlı qərarının verdi

17:57

Rossi və Botka üz sümükləri qırılan futbolçunu ziyarət etdilər - FOTO

17:18

Elsner Fransa klubundan getdi - RƏSMİ

17:09

"Qəbələ"də yeni məşqçi

17:00

38 yaşlı Yanqla müqavilə yenilədilər

16:52

AFFA 2 kluba texniki məğlubiyyət verdi

16:43

"Avstriyanı qiymətləndirməmək olmaz" - Ronald Kuman

16:25

İran millisinin hücumçusu İtaliya nəhənginə keçdi

15:57

"Real"ın kapitanı getdi - RƏSMİ

15:40

"Qəbələ" kapitanı ilə müqaviləni yenilədi

15:30

Ilk depozitdə 100 % Free Bet qazanmaq şansını qaçırma!

15:22

"Şamaxı" sıralarına portuqaliyalı futbolçu cəlb etdi - RƏSMİ

15:04

İspaniya Avropa çempionatları tarixində bunu bacaran ikinci komanda oldu

14:47

Mbappe Polşa ilə oyuna Polşa şirkətinin hazırladığı bu maskada çıxacaq - FOTO

14:28

"Çoxları hər oyunda 4-5 beş qol buraxacağımızı düşünürdülər" -Silvinyo

14:10

"Mən əbədi olaraq futbol oynamaq istəyirəm" -Luka Modriç

13:53

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirildi

13:41

"Neftçi" rusiyalı legionerlə vidalaşdığını açıqladı

13:26

"Oyunlar son dəqiqələrdə vurulan qollarla daha gözəl olur"

13:08

"Azarkeşlərimizə görə çox məyusam" -Zlatko Daliç

12:50

Kvaratsxeliya PSJ ilə anlaşdı - İldə bu qədər qazanacaq

12:33

"Bu gün zirvədə ola bilərsən, amma..." - Luis de la Fuente

11:54

"Sabah" sabiq legionerini qaytardı

11:37

Azərbaycanlı funksioner Paris-2024-ün Təşkilat Komitəsində

11:18

Roberto De Dzerbinin yeni iş yeri bilindi

11:00

Kurban Berdıyev “Turan Tovuz”da️ - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X