İslandiyalı qapıçı Aleks Runar Runarsson "Arsenal"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, məlumatı London klubunun rəsmi saytı yayıb.
Xəbərə görə, 28 yaşlı futbolçu icarə əsasında "Kardiff Siti"yə keçib. Müqavilə 2023/2024 mövsümünün sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Runarsson üçüncü ildir ki, "Arsenal"dan icarə əsasında ayrılır. O, daha əvvəl Belçikanın “Leuven” və Türkiyənin “Antalyaspor” klublarında mövsüm keçirib.
"Kardiff Siti" Çempionşipdə çıxış edir.
Mirağa