Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Belçikaya qarşı keçirdikləri oyundan (0:0) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Son iki oyunda xarakter göstərdik. Çox təəssüf ki, Rumıniyaya ilk matçda uduzduğumuz üçün pley-offa vəsiqə qazana bilmədik. Turnir boyu yaxşı oyun göstərdik. AÇ-2024-də iştirakımız ölkəmiz üçün çox vacib idi. Amma bu, həyatdır, insan səhv edir, önəmli olan nəticə çıxarmaqdır. Mən futbolçularımla fəxr edirəm".
Qeyd edək ki, Ukrayna E qrupunda 4 xalla sonuncu olub.