İtaliya millisi yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün baş tutan oyunda səfərdə İsveçrə yığması ilə 0:0 hesablı heç-heçəyə razılaşan qonaqlar 36 oyundur ki, yenilgi tanımır.
Bu nəticəni daha öncə futbol tarixində heç bir milli göstərməyib.
Qeyd edək ki, son Avropa çempionu olan İtaliya 11 xalla C qrupuna liderlik edir.
Nihat