17:24 13.10.2021 919

"Millimizin yarısı himnimizi oxuya bilmir" - Şahin Diniyev

Ötən gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Serbiya millisinə 1:2 hesabı ilə məğlub olub. 

Fanat.Az millimizin son iki oyunu ilə bağlı tanınmış futbol mütəxəssisi, Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin fikirlərini öyrənib.

- Serbiya ilə oyunda fərqli bir nəticə gözləmirdik. Səfərdə bu milliyə qarşı oyundan xalla geri dönmək şansımız çox az idi. İrlandiya ilə oyunda isə ümid yeri vardı. Çünki ilk oyunu heç-heçə etmişdik və bu da millinin azarkeşlərinə əlavə ümid verirdi. Məhz irlandlara qarşı oyunda həm azarkeşlər, həm yazarlar, həm də mütəxəssislər daha çox məyus oldular. Serbiya isə hazırda ortabab komanda yox, top milli sayılacaq bir rəqibdir. Qrup mərhələsinin lideridir. 

Portuqaliyaya öz meydanımızda uduzmağımız hardasa başa düşüləndir. Fərq böyükdür. Amma İrlandiya millisinə 0:3 hesabı ilə məğlub olmamalıydıq. 

Yığmamız bu seçmə mərhələdə zamanla, yəni hər matçda ümumilikdə 10-15 dəqiqə yaxşı oyun nümayiş etdirə bilir. Amma bu çox azdır. Tam oyunu isə yüksək səviyyədə keçirə bilmirik. Yaxşı oyunların dəqiqəsini artırmalıyıq.

- Bəs zəif çıxışın səbəbi nədir?
- Futbolumuz bir piramidadırsa, millimiz onun üç nöqtəsidir. Yığmada olan problemlər dərhal üzə çıxır. İrlandiya, və ya Serbiya səfərində olan problemlərdən danışmaq düzgün deyil. Problem o oyuna qədər olan məsələlərdir. Futbol kompleks şəkildə olan bir oyundur. Bu, bir sistemdir və hansısa sahə sıradan çıxırsa, sistemin özü işləməyəcək. 

Götürək U-21 millimizi. Razısınız onların oyunundan? (red. - ötən gün U-21 millimiz evdə Xorvatiya yığmasına 1:5 hesabı ilə məğlub olub). Əgər gələcəkdə əsas millimizi hazırda U-21-də çıxış edən futbolçular təmsil edəcəksə, onda nələr baş verəcək? Onların nəticələrini düzəldə bilməmişiksə, əsas komandadan yapışmaq lazım deyil. Yəni, problem təkcə bu da deyil. Uşaq futbolu da aktual problemdir, milli çempionat da. Bu ikisi düzəlsə, bütün problemlər aradan qalxacaq? Yox. Bugünkü futbolumuza böyük qüvvə tədbiq etməliyik və uzun yol keçməliyik. 

- Canni De Byazinin bu məğlubiyyətlərdə səhvi var idimi?
- Təkcə De Byazinin üstünə düşsək, bu problemin həlli üçün düzgün istiqamət olmayacaq. Baş məşqçinin üzərinə düşmək, onu "baltalamaq" asandır.  Bəli, səhvləri var. Özü də bunu etiraf edib, biz də bunu demişik. Amma bu səhvlərin faiz məsəli var. Neçə faiz səhv məşqçidədir? Yəni deməyim odur ki, problemi yalnız orda axtarsaq, biz elə problem deyə-deyə gedəcəyik. 30 il ərzində bu qədər mütəxəssis dəyişmişik. Əgər bununla düzəlmirsə, bu o deməkdir ki, problem bu deyil.

Mən gördüyümü deyəcəm. Bu gün yer aldığımız qrupda bütün komandalardan ustalıq səviyyəsində geridəyik. Bu, qaçılmaz faktdır. Nəyimiz qalıb, nəyə arxalana bilərik? Bizim hər şeydən əlavə "milli komanda" ruhumuz çatmır. Futbolçularda motivasiya müşahidə olunmur. Əvvəllər zəif çıxış etsək də, "yer çırmaqlayırdıq". Meydanda milli futbolçuların oynadığı hiss olunurdu. Xüsusən də öz meydançamızda sonuna qədər vuruşurduq. Zəif komandaların əsas silahı da elə motivasiyadır, milli ruhdur. Son oyunlarda bizim futbolçularda mən bunu görə bilmədim. Ustalıq səviyyəsi yoxdur, bu, aydındır. Amma digər komponentlər var axı. Onlardan istifadə etmək lazımdır.

Bu motivasiyanı kim verməlidir? Elə futbolçular var onlara nəsə deməyə ehtiyac yoxdur. Harda və kim üçün oynadığını yaxşı bilir. Ona desən də, deməsən də millisi uğrunda hər şey edəcək. Bu məsələyə qarışmaq istəməzdim, amma yenə də məsələ gəlir çıxır millidə əsas motivasiya verən şəxsin - baş məşqçinin üzərinə. Bu da bir kənara. Millidə oynayan futbolçular kimin üçün oynadıqlarını anlamalıdır. Sevinə-sevinə gəlirlər ki, yığmada oynayacağıq. Bu gün millidə oynayan futbolçuların yarısı himnimizi oxuya bilmir.  Bunları deməkdə məqsədim odur ki, istənilən sahədə böyük planları xırda problemlər alt üst edir. Hər şey bu xırdalıqlardan başlayır. Bəziləri üçün əhəmiyyətsiz görünə bilər, amma bunların bir adı var - problem.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:31

Azərbaycan Kuboku: Finalçılar müəyyənləşir - YENİLƏNİR

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

Facebookdan bizi izləməyi unutmayın.
X