17:41 13.11.2021 957

"Vəziyyət çətindir" - Canni De Byazi

"Bizim işimizi yalnız nəticələrlə dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbol hərakatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik. Mənim və bizim ideyalarımız var. Nə istədiklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsalar da, onlarla başabaş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır".

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis gənc oyunçularının olduğunu söyləyib:

"Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparmışıq. Bütün görüşlərdə vuruşmaq istəyirik. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-dək oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların çoxunu zədə səbəbindən itirdik".

İtaliyalı baş məşqçi Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını söyləyib.

"Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram", - deyə o vurğulayıb.

De Byazi sabahkı oyunun inkişaf baxımından komanda üçün önəmli olduğunu vurğulayıb:

"Ümumilikdə vəziyyət çətindir, az sayda komanda var, çempionatda cəmi 8 klub çıxış edir, 40 oyunçu arasında seçim imkanım var. Oyunlarda 3 top buraxaraq uduzuruq, ancaq meydandakı mübarizədə o qədər fərq yoxdur. O ki qaldı Qətərlə matça, bizdən fərqli olaraq, onların seçim imkanı daha genişdir.

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq. (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Aprel 2024
19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

09:20

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

Facebookdan bizi izləməyi unutmayın.
X