Polşa millisinin baş məşqçisi Paulu Souza istefa verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Globo Esporte" yayıb.
Mənbə bu ilin yanvarından Polşa seçməsinə baş məşqçi təyin edilən mütəxəssisin Braziliyanın "Flamenqo" klubu ilə 2 illik müqavilə bağlamaq üçün bu addımı atdığını vurğulayıb.
Souzanın sözləşməsinin müddəti başa çatmadığı üçün qarşı tərəfə 300 min avro ödədiyi də vurğulanıb.
Xatırladaq ki, Poşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə qarşılaşacaq. Oyun gələn il, martın 24-də keçiriləcək.