Ötən gecə Cənubi, Şimali və Mərkəzi Amerikada DÇ-2022-nin seçmə mərhələsi oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, iki futbolçunun qovulduğu Ekvador - Braziliya matçında qalib müəyyənləşməyib - 1:1.
Paraqvay - Uruqvay və Yamayka - Meksika seçmələrinin görüşlərində də qırmızı vərəqə bol olub.
DÇ-2022-nin seçmə mərhələsi
27 yanvar
Cənubi Amerika
Ekvador - Braziliya 1:1
Paraqvay - Uruqvay 0:1
Çili - Argentina 1:2
Şimali və Mərkəzi Amerika
Yamayka - Merksika 1:2
ABŞ - Salvador 1:0
Honduras - Kanada 0:2
Kosta Rika - Panama 1:0
Qeyd edək ki, bu gecə daha iki görüş keçiriləcək. Peru millisi səfərdə Kolumbiya yığmasının qonağı olacaq. Venesuela isə Boliviya ilə üz-üzə gələcək.
Xatırladaq ki, Braziliiya və Argentina DÇ-nin qrup mərhələsinə vəsiqəni təmin edib.