“Çelsi”nin müdafiəçisi Ris Ceyms 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında oynamayacaq.
Fanat.Az xəbər verir ki, informasiya "The Sun" nəşrinə məxsusdur.
Mənbənin yazdığına görə, millinin baş məşqçisi Qaret Sautqeyt Ceymsə zəng vuraraq futbolçunu turnir üçün heyətə daxil etməyəcəyini bildirib. İngiltərəli çalışdırıcı qərarını "Çelsi"nin müdafiəçisinin sağlamlığını riskə ata bilməməsi ilə əsaslandırıb.
Ceyms oktyabrın 11-də Çempionlar Liqasında "Milan"la oyunda (2:0) dizindən zədə alıb. Müdafiəçi bu mövsüm London klubunda 11 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Emin