DÇ-2022-də Fransa yığmasına kömək edə bilməyəcəyi son anda dəqiqləşən və adı siyahıdan çıxarılan PSJ-nin müdafiəçisi Presnel Kimpembeni mumdialda kimin əvəzləyəcəyi dəqiqləşib.
Fanat.Az Fransa Futbol Federasiyasının mətbuaxt xidmətinə istinadən xəbər verir ki, bu, "Monako"nun müdafiəçisi Aksel Disasidir.
24 yaşlı Disasi bu mövsüm "Monako" forması ilə bütün turnirlərdə 23 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha öncə Mönhenqladbax "Borussiya"sının hücumçusu Markus Türamın da Qətərə aparılacağı açıqlanmışdı.
Qeyd edək ki, Fransa millisi dünya birinciliyində Danimarka, Avstraliya və Tunislə eyni qrupda mübarizə aparacaq.