Fransa millisinin və "Real Madrid"in hücumçusu Kərim Benzema yığmanın məşqini vaxtından əvvəl tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Xəbərə görə, zədə səbəbilə klubunun son matçlarını buraxan forvard millinin düşərgəsində həkimin verdiyi plan əsasında məşq edir. Topsuz hərəkətlər edən Benzema məşqin başlamasından 15 dəqiqə sonra meydançanı tərk edib.
Fransa millisinin yarımmüdafiəçisi Kristofer Nkunku da zədələnib. O, Eduard Kavaminqa ilə toqquşma nəticəsində xəsarət alıb.
Qeyd edək ki, son dünya çempionu Fransa DÇ-2022-də D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.
Röya