Dünya çempionatı hələ start götürməsə də, artıq problemlər başlayıb.
Fanat.Az xəbər verir ki, Danimarkanın TV2 telekanalının müxbiri canlı yayımda olarkən mühafizəçilərin təzyiqi ilə üzləşib.
Yerli təhlükəsizlik əməkdaşları müxbir Rasmus Tannholda yaxınlaşaraq yayımı dayandırıblar və onun kamerasını məhv edəcəkləri ilə hədələyiblər.
Yarışın Yerli Təşkilat Komitəsi başverənlərə görə televiziya heyətindən rəsmi üzr istəyib. Müxbir hadisədən sonra qətərlilər tərəfindən ona üzrxahlıq olunduğunu sosial şəbəkə hesabı vasitəsilə təsdiqləyib: “Biz Qətər Beynəlxalq Media Ofisindən və Qətərin Ali Komitəsindən üzrxahlıq almışıq. Bu gün Doha Dairəvi yolundan canlı yayım zamanı başımıza hadisə gəldi. Bu, digər media əməkdaşlarına qarşı da davam edəcəkmi?”.
We now got an apology from Qatar International Media Office and from Qatar Supreme Commitee.
— Rasmus Tantholdt TV2 (@RasmusTantholdt) November 15, 2022
This is what happened when we were broadcasting live for @tv2nyhederne from a roundabout today in Doha. But will it happen to other media as well? #FIFAWorldCupQatar2022 pic.twitter.com/NSJj50kLql
Mirağa