Braziliya millisinin və "Tottenhem"in forvardı Rişarlison bu gün Qətərdə start götürəcək DÇ-nin əsas favoritlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kamerun, Serbiya və İsveçrə ilə birlikdə G qrupunda yer alan "sambaçılar"ın hücumçusu "Eurosport"a danışıb:
"Mundialda yaxşı komandalar çoxdu. Məsələn, son çempion Fransa. Belçika və Argentinanı da fərqləndirərdim. Hə, unutmayaq ki, Argentina seçməsi Amerika Kubokunu qazanan kollektivdir".
Qeyd edək ki, Braziliya millisində 38 oyuna çıxan Rişarlison 17 qol vurub.